close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Məhkəmə Səccad Şəhirinin mədəni fəaliyyətinə istinad edərək, onun həyat yoldaşından ayrılmasına qərar verib

Aprel 29, 2024
1 dəqiqədə oxunur
Məhkəmə Səccad Şəhirinin mədəni fəaliyyətinə istinad edərək, onun həyat yoldaşından ayrılmasına qərar verib

Batı Azərbaycan Əyalətinin Apellyasiya Məhkəməsi ailə məhkəməsində çıxarılan hökmü təsdiq edərək, Türk mədəni fəal Səccad Şəhirini həyat yoldaşından boşanmağa məhkum edib.

Batı Azərbaycan Əyalətinin Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi ailə məhkəməsində çıxarılan boşanma qərarını təsdiqləyərkən, mədəni fəaliyyətinə görə həbs cəzasına məhkum olunduğu üçün Səccad Şəhirinin həyat yoldaşından ayrılmasına qərar verib.

Çıxarılan hökmə əsasən, məhkəmə nikah şərtlərinə istinad edərək və Səccad Şəhirinin həyat yoldaşının ailəsinin İnqilabı Keşikçiləri üzvü olduğunu və bu ittihamların həyat yoldaşının şərəf və ailə ləyaqətinə zidd sayıldığını iddia edərək, bu keçmiş siyasi məhbusun həyat yoldaşından boşanmasına səs verib.

2020-ci ilin Noyabr ayında Sulduz şəhərinin ikinci Ceza Məhkəməsinin 103 saylı şöbəsi Səccad Şəhirini "rejimə qarşı təbliğat" ittihamı ilə 6 ay həbs cəzasına məhkum etmişdi. Daha sonra Batı Azərbaycan əyalətinin apelliyasiya məhkəməsinin 1 saylı şöbəsi cənab Şəhiri ilə bağlı 6 aylıq həbs cəzası qərarını təsdiqləmişdi.

Azərbaycanlı mədəni fəal 16 Yanvar 2020-ci il, Nəqədənin kəşfiyyat agentləri tərəfindən saxlanıldı. O, həmin ilin mart ayının 2-də dindirmə prosesi bitdikdən sonra Təbriz kəşfiyyat təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon Tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq Təbriz həbsxanasından sərbəst buraxılımışdı.

Şərhlər

Cəmiyyət & Mədəniyyət

Təbrizli körpə Selinə Türk adına görə kimlik verilmir

Aprel 26, 2024
1 dəqiqədə oxunur
Təbrizli körpə Selinə Türk adına görə kimlik verilmir