close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz və Urmiyədə iki mədəni fəala həbs cəzası verilib

Aprel 30, 2024
1 dəqiqədə oxunur
میلاد جلیلی و سالار طاهرافشار
میلاد جلیلی و سالار طاهرافشار

Siyasi məhbusları dəstəkləyən etiraz yazısı dərc edən Təbrizli repçi Milad Cəlili 8 aylıq həbs cəzasına məhkum edilib. Eyni zamanda, Doğu Azərbaycan Əyalətinin Apellyasiya Məhkəməsi Milad Cəlili ilə ortaq iş üzrə Urmiyədə yaşayan mədəni fəal “Salar Taherəfşar”ı 6 ay həbs cəzasına məhkum edib.

"İranwire"ə gələn xəbərə əsasən Doğu Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi, aşağı məhkəmənin çıxardığı hökmü təsdiq edərək, Milad Cəlili və Salar Taherəfşara ümumilikdə 1 il 2 ay həbs cəzası verib.

Bundan öncə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi Milad Cəlilini "məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat aparmaq" ittihamı ilə 8 ay, Salar Taherafşarı isə "Rejim əleyhinə təbliğata kömək etmək" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib.

Milad Cəlili 28 noyabr 2023-də azərbaycanlı siyasi məhbusları dəstəkləyən etiraz replikası dərc etdikdən sonra həbs edilib. Müğənni bu etiraz yazısında həbs olunan mədəni fəalları xatırladaraq onların azadlığa buraxılmasına çağırıb.

Salar Taherəfşar və Milad Cəlili azərbaycanlı mədəni fəalların ötən ilin sentyabrında başlayan kütləvi həbslərinin birinci dalğasının məhbuslarıdır. Türk mədəni fəalların həbslərinin ilk dalğasında "Armita Pavir", "Röya Zakeri", "Mürtəza Nurməhəmmədi", "Daoud Şiri", "Əli Babayi", "Əmirhüseyn Ağayi", "Məhəmmədriza Müvəhhid", "Azər Ibrahimzadə", " Cavad Sudbər” , “Mehrdad Qədiri”, “Hüseyn Azadi”, “İbrahim Əvəzzadə”, “Sabir Hüseynzadə”, “Nasir Rəzmcu”, “Ayət (Yürüş) Mehrəli Bəyli”, “Həmid Yeganəpur”, “İbrahim Raşidi” və.. Tehran, Təbriz, Ərdəbil, Sofyan, Gərgər və Meşginşəhr şəhərlərində həbs olundu.

Ötən il fevralın ortalarında başlayan azərbaycanlı mədəni fəalların həbslərinin ikinci dalğasında təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə ən azı 14 Türk mədəni fəalı zorakılıqla həbs edib. Ərdəbildə "Mürtəza Pərvin", "Səid Dustan" və "Aydın (Süleyman) Məhəmmədi", Binabda "Səid Minayi", Rəştdə "Vədud Əsədi", Urmiyədə "Salar Təhirəfşar", "Ayaz Seyfxah", "Bağır Hacızadə" , Təbrizdə “Səid Camalzadə” və “Araz Aman”, İslamşəhrdə “Kamal Nuri”, Gərçəkdə “Əbdül-Əziz Əzimi Qədim”, Astarada “Abdullah Vahidi” və Kərəcdə “Tahir Nəqvi” bu məhbuslardılar.

Şərhlər

Məhbuslar

Vəhid Əsgəri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Aprel 30, 2024
1 dəqiqədə oxunur
Vəhid Əsgəri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb