close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Vəhid Əsgəri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Aprel 30, 2024
1 dəqiqədə oxunur
Vəhid Əsgəri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Azərbaycanlı yeniyetmə Vəhid Əsgəri 23 aprel 2024-də məhkəməyə qədər girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Girovun məbləği və onun ittihamı barədə ətraflı məlumat yoxdur.

Vahid Əsgəri 7 aprel 2024-də, şənbə günü Təbrizin təhlükəsizlik təcridxanalarının birindən bu şəhərin mərkəzi həbsxanasına köçürüldü və həbsindən 41 gün keçməsinə baxmayaraq, hələ də Təbrizin mərkəzi həbsxanasındadır.

Bundan öncə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) bu azərbaycanlı yeniyetmənin ailəsinin övladının vəziyyətini izləmək üçün məhkəmə və təhlükəsizlik orqanlarına çoxsaylı müraciətlərinin nəticəsiz qalması barədə məlumat vermişdi.

Vahid Əsgəri təhlükəsizlik qurumunun təcridxanasında saxlandığı müddətdə ailəsi ilə yalnız qısa telefon danışığı edə bilib və saxlanmasından qırx gündən çox vaxt keçdikdən sonra o, hazırda Təbriz Mərkəzi Həbsxanasında bəlirsiz durumdadır.

2006-cı ilin avqust ayında anadan olmuş, Səhənd şəhərində yaşayan 12-ci sinif öyrəncisi olan cənab Əsgəri 6 mart 2024-də Səhənd şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Bu yeniyetməni həbs edəndən sonra məmurlar atasının evində axtarış apararaq onun şəxsi əşyalarını, mobil telefonunu və bilgisayarını müsadirə ediblər.

Şərhlər

Xəbərlər

Sarıdaş şəhər şurasının daha beş üzvü rüşvət almaqda ittiham olunaraq həbs edilib

Aprel 29, 2024
Sarıdaş şəhər şurasının daha beş üzvü rüşvət almaqda ittiham olunaraq həbs edilib