“Qadın, Həyat, Azadlıq” aksiyalarında həbs olunanlardan biri olan Səhənd Nur Məhəmmədzadə həbsdən müvəqqəti buraxılaraq ikinci dəfə gözündən əməliyyat olunub.
O, daha öncə 2024-cü ilin martında göz əməliyyatı keçirmişdi. O, 9 milyard tümən girovla ilk əməliyyata gedə bilmişdi.
Məlumata görə, gözlərinin kəskin vəziyyətinə həbsxanada ona edilən təzyiqlər səbəb olub.
Bu siyasi məhbusun gözləri, göz qişasının içərisində ləkə əmələ gələndən sonra ikinci dəfə əməliyyat olunub. O, əvvəllər lazer əməliyyatı keçirib, lakin problem həll olunmayıb və iyulun 1-də yenidən gözündən əməliyyat olunub.
Səhənd Nur Məhəmmədzadə 4 oktyabr 2023-də Tehranda evinin qarşısında həbs edilən və "ictimai obyektləri və yığıncaqları dağıtmaq və yandırmaq yolu ilə müharibə aparmaq və yığıncaqlarda iştirak etməklə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, ictimai asayişi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə Tehran İnqilab Məhkəməsində mühakimə olundu və edam cəzasına məhkum edildi.
Bu hökm 1402-ci il aprelin 10-da ləğv edildi.
Şərhlər