Tehran əyalətinin seçki qərargahının rəisi Abbas Cohəri bu əyalətdə prezident seçkilərində vəsiqə qazanmış namizədlərin səsvermə hüququ olanların nisbətini yüzdə 33 olaraq açıqlayıb.
Cənab Cohərinin sözlərinə görə, Tehran əyalətində səsvermə hüququ olanların sayı 10 milyon 199 min 742 nəfər olub və 3 milyon 366 min 264 səsvermə vərəqəsindən istifadə edilib ki bu da yüzdə 33 iştirakı göstərir.
Tehran əyalətinin seçki qərargahının rəisi ayrıca bildirib ki, bu əyalətdə səslərin yüzdə 96-sı düzgün, "4 faizdən az" isə etibarsızdır. Lakin o, etibarsız səslərin sayını açıqlamayıb.
O, Tehran əyalətində keçirilən seçkilərin nəticələrini belə açıqlayıb:
Məsud Pezeşkiyan bir milyon 492 min 164 səs, səslərin yüzdə 40-na bərabərdir.
Səid Cəlili bir milyon 165 min 518 səs, yüzdə 35 səsə bərabərdir.
Məhəmməd Bağır Qalibaf 673 min səs, yüzdə 20 səsə bərabərdir.
Mustafa Purməhəmmədi 35 min 582 səs, səslərin yüzdə birinə bərabərdir.
İkinci tura çıxan iki namizəd Məsud Pezeşkiyan və Səid Cəlilinin teledebatının proqramı da açıqlanıb. İki debat bazar ertəsi və çərşənbə axşamı, iyulun 1 və 2-də Tehran vaxtı ilə saat 21:30-dan 23:30-a kimi yayımlanacaq və iki namizədin hər biri iki sənədli film və iki çıxış edəcək.
Cümə günü, iyunun 28-də keçirilən İranda növbədənkənar prezident seçkilərində iştirak bundan öncəki bütün dövrlərdən aşağı və yüzdə 40 yaxın olub.
Şərhlər