close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Məhbuslar

Evin həbsxanasındaki Türk mədəni fəallar 9 aydır bəlirsiz durumda saxlanılır

Oktyabr 11, 2024
1 dəqiqədə oxunur
Evin həbsxanasındaki Türk mədəni fəallar 9 aydır bəlirsiz durumda saxlanılır

Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif şəhərlərdə həbs edilərək Evin həbsxanasına köçürülən Türk mədəni fəallar 9 aydır bəlirsiz durumda saxlanılır.

“İranwire”in əldə etdiyi xəbərlərə görə2024-cü il fevral ayının 5, 6-da “Mürtəza Pərvin”, “Hüseyn Piri”, “Kərəm Mərdane” və “Bağır Hacızadə”, “Tahir Nəqəvi”, “Əbdüləziz Əzimi Qədim”, “Ayaz Seyfxah” və “Araz Aman”, Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilərək Evin həbsxanasında bu müəssisənin təcridxanasına köçürülüb. Bu Türk mədəni fəallarına həbs olunduqdan sonra vəkilləri və ailələrinin baş çəkmələrinə icazə verilməyib. Bu vətəndaşlara qarşı ittiham “Toplaşmaq və milli təhlükəsizliyə qarşı əlbir olmaq” kimi elan edilib.

Bu müddət ərzində və məhbusların ailələrinin dəfələrlə izləmələrinə baxmayaraq, Evin həbsxanasının rəhbərliyi və bu həbsxananın prokurorluğu son vəziyyət və onların saxlanma səbəbləri ilə bağlı dəqiq cavab verməkdən imtina ediblər.

Həmin fəallar qanunla nəzərdə tutulmuş girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılmaq hüququndan da məhrumdurlar.

Bu vətəndaşların həbsi Azərbaycanlı mədəni fəalların keçən ilin sentyabrından başlayan kütləvi həbslərinin ikinci dalğasıdır. Azərbaycan vətəndaşlarının həbslərinin birinci dalğası başlayandan sonra onlarla insan tutulub, bəziləri həbs cəzasına məhkum edilib. Ayrıca İslam Respublikasının məhkəmə və təhlükəsizlik qurumları bir sıra başqa fəallar da müxtəlif şəhərlərə çağırıblar.

Şərhlər

Xəbərlər

Middle East Eye: İsmayıl Qaani sağdır və sorğu altındadır

Oktyabr 11, 2024
ایران‌وایر
1 dəqiqədə oxunur
Middle East Eye: İsmayıl Qaani sağdır və sorğu altındadır