Evin həbsxanasında məhbus olan və prostat vəzindən əziyyət çəkən, onurğa, əl və dizlərdə problem yaşayan Türk vəkil Tahir Nəqəvi hələ də lazımi tibbi yardımdan məhrumdur.
Məlumatlı mənbə Harana xəbər agentliyinə bildirib: “Bu ilin may ayından həbsxananın həkimi cənab Nəqəvinin prostat vəzinin kütləsindən nümunə götürmək, ultrasəs və MRT müayinəsi üçün xəstəxanaya göndərilməsini tövsiyə etsə də, hələlik həbsxana tərəfindən heç bir tədbir görülməyib”.
Bu məlumatlı mənbə əlavə edib: “Həbsxana rəsmiləri cənab Nəqəvini tez-tez həbsxana palataları arasında yerini dəyişdirirlər və bununla bağlı heç bir izahat verməyiblər. O, Evin həbsxanasının 4-cü palatasından 6-cı palataya, sonra 7-ci palataya, dünən isə bu həbsxananın 8-ci palatasına köçürülüb”.
Bu yaxınlarda Tahir Nəqəvi Tehran İnqilab Məhkəməsində Əbülqasım Salvatinin rəhbərlik etdiyi 15-ci şöbə tərəfindən rejim əleyhinə təbliğat ittihamı ilə bir il, toplaşmaq və əlbir olmaq ittihamı ilə isə beş il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun barəsində əlavə cəza olaraq 2 il ölkədən çıxışına qadağa qoyulması və 2 il sosial hüquqlarından və partiya üzvlüyündən məhrumetmə cəzası da müəyyən edilib.
Bu vəkil ötən il fevralın 6-da təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin həbsxanasına aparılıb. Onun ittihamları üzrə məhkəmə iclası iyulun 13-də Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində, sonuncu iclası isə sentyabrın sonunda keçirilib.
Tahir Nəqəvi bu yaxınlarda həbsxana rəsmilərinin şikayəti ilə üzləşib və ona qarşı yeni iş açıb. Onun yeni ittihamları arasında ictimai asayişi pozmaq, həbsxana əməkdaşlarını təhqir etmək də var. Keçən ay Evin həbsxanasının Riza Əsədi Nadirabadi adlı məmurlarından biri cənab Nəqəvi ilə şifahi münaqişədən sonra onu döyərək Evin həbsxanasının karantinəsinə Köçürüb.
Şərhlər