İrna dövlət xəbər agentliyi Batı Azərbaycan əyalətinin ədliyyəsinin ictimaiyyəti ilə əlaqələrinə istinadən bazar günü, aprelin 28-də Sarıdaş şəhər şurasının daha beş üzvünün “rüşvət almaq” ittihamı ilə həbs edildiyini açıqlayıb.
Bu xəbərə görə, həmin şəxslər hazırda işləri ilə bağlı “istintaq” altındadılar.
Batı Azərbaycan əyalətinin ədliyyə ictimaiyyəti ilə əlaqələr idarəsinin yaydığı məlumata görə, bundan öncə də Sərdəşt şəhər şurasının bir üzvü də bu şəhərin bələdiyyəsinə bağlı idarələrindən birinin rəisi həbs edilib.
Son illərdə İranda Şura üzvləri daxil olmaq üzərə bir çox məsul korrupsiya və vəzifə səlahiyətlərindən su-istifadə səbəbi ilə həbs edilib ve vəzifədən kənarlaşdırılıb.
Şərhlər