close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Reuters: Rəisinin populyarlığının azalması səbəbindən 6 ay öncə Xameneinin mümkün varisləri siyahısından çıxarılıb

May 21, 2024
1 dəqiqədə oxunur

“Reuters” iki məlumatlı mənbəyə istinadən yazıb ki, altı ay öncə Uzmanlar Məclisi İbrahim Rəisinin populyarlığının azalması səbəbindən Əli Xameneinin mümkün varisləri siyahısından çıxarılıb.

İran hökumətinin fikirləri ilə tanış olan regional mənbə bildirib ki, Xameneinin irsi idarəçiliyə qarşı çıxması Müctəba Xamenei və İraqın Nəcəf şəhərində yerləşən İslam Respublikasının qurucusunun nəvəsi Əli Xumeyninin rəhbərlik ehtimalını aradan qaldırır.

İslam Respublikasının keçmiş rəsmisi həmçinin Reuters agentliyinə deyib ki, indi İnqilab Keşikçiləri və nüfuzlu Qum din xadimləri də daxil olmaqla güclü aktyorların növbəti rəhbərin seçilməsi prosesini formalaşdırmaq üçün çabalarının artırması gözlənilir.

O bildirib ki, “Rəisinin ölümü indi [rəhbərliyə] başqa adayı olmayan sistemə zərbədir” və artırıb: “Bəziləri Rəisinin Xamenei yerinə hazırlanacağına inansa da, heç kim Xameneinin niyyətinin nə olduğunu dəqiq bilmirdi”.

Şərhlər

Xəbərlər

Rəisinin ölümünə iddiaçıların reaksiyası: Bir cəllad ölərək mühakimədən qaçdı

May 20, 2024
1 dəqiqədə oxunur
Rəisinin ölümünə iddiaçıların reaksiyası: Bir cəllad ölərək mühakimədən qaçdı