close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xamenei Amerika universitetlərində İsrail əleyhinə olan etirazları dəstəkləyib

May 2, 2024
1 dəqiqədə oxunur
Xamenei Amerika universitetlərində İsrail əleyhinə olan etirazları dəstəkləyib

İslam Respublikasının lideri Əli Xamenei müəllimlər günü münasibəti ilə daxili mediada “müəllimlər toplantısı” olaraq təqdim olunan qrupa qarşı etdiyi çıxışında ABŞ-da Qəzza savaşına qarşı öyrənci etirazlarını dəstəkləyib.

O bu danışığında deyib: "Amerika universitetlərinin öyrənciləri vandallıq etmədilər, şüşə sındırmadılar və heç kimi öldürmədilər, bəs onlarla necə davranırlar?"

Xamenei bölgə ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasını tənqid edib və əlavə edib ki, bu hərəkətlə nəinki problem həll olunmayacaq, bəlkə problem işğalçının cinayətlərinə göz yuman hökumətlərə yönələcək.

Yerli media Amerika universitetlərində baş verən son hadisələrin mənşəyini Xameneinin 10 il öncə avropalı gənclərə yazdığı məktubdan asılı olduğunu və Avropa və Amerikada baş verən hadisələrin mənşəyi olduğunu yazıblar.

Nyu-Yorkun meri Erik Adams mətbuat konfransında bildirib ki, son hadisələrdə Kolumbiya Universitetində keçirilən etiraz aksiyaları zamanı 300-ə yaxın adam həbs edilib.

O əlavə edib ki, həbslər bu universitetdə antisemitizm və anti-İsrail münasibəti pik həddə çatdıqdan sonra həyata keçirilib.

Şərhlər

Xəbərlər

David Cameron: İnqilab Keşikçilərini terrorçu elan etmək Britaniya üçün zərərlidir

May 1, 2024
1 dəqiqədə oxunur
David Cameron: İnqilab Keşikçilərini terrorçu elan etmək Britaniya üçün zərərlidir