close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

Təbrizli körpə Selinə Türk adına görə kimlik verilmir

Aprel 26, 2024
1 dəqiqədə oxunur
Təbrizli körpə Selinə Türk adına görə kimlik verilmir

Təbriz Qeydiyyat İdarəsi iki aya yaxındır dünyaya gəlməsinə baxmayaraq, "Selin" adının Türkcə olduğuna görə bu körpəyə kimlik verməkdən imtina edir.

Bu barədə Selinin atası Sabir (Şəhriyar) Ahəni öz instagram hesabında bu barədə bilgi yayaraq yazıb: Təbriz Qeydiyyat İdarəsi müxtəlif bəhanələr gətirərək "Selin" adına sənəd verməkdən imtina edir.

Cənab Ahəninin bundan öncə mart ayında da Qeydiyyat İdarəsinə müraciəti nəticəsiz qalmışdı və ona demişdilər ki türk adlar əcnəbi addır.

Azərbaycanın bir çox şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir və kimlik sənədi olmadğına görə bu körpələr tibbi xidmətlərdən yararlana, peyvənd oluna bilmir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Avropa Parlamenti İnqilab Keşikçilərini terrorçu qrup adlandıran qətnaməni qəbul edib

Aprel 26, 2024
1 dəqiqədə oxunur
Avropa Parlamenti İnqilab Keşikçilərini terrorçu qrup adlandıran qətnaməni qəbul edib