close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Avropa Parlamenti İnqilab Keşikçilərini terrorçu qrup adlandıran qətnaməni qəbul edib

Aprel 26, 2024
1 dəqiqədə oxunur
Avropa Parlamenti İnqilab Keşikçilərini terrorçu qrup adlandıran qətnaməni qəbul edib

Üzvlərin əksəriyyətinin müsbət səsi ilə Avropa Parlamenti İslam Respublikasının İsrailə hücumlarına cavab olaraq ,İslam Respublikasına qarşı sanksiyaların genişləndirilməsi və İnqilab Keşikçilərini terrorçu qrup adlandıran qətnaməni qəbul edib.

Cümə axşamı, Aprelin 25-də Avropa İttifaqı Parlamenti İran İslam Respublikasının İsrailə hücumlarına cavab olaraq 435 parlament üzvünün iştirak etdiyi qətnaməni səsə qoyub.

Səsvermənin nəticələrinə görə, Avropa Parlamentinin 357 üzvü bu qətnamənin lehinə, 20 deputat isə əleyhinə səs verib.

Qətnamənin təklifçiləri Avropa İttifaqından İran İslam Respublikasına qarşı strategiyasına yenidən baxılmasını və sanksiyaların genişləndirilməsini istəyiblər.

Bu qətnamə vasitəsilə Avropa İttifaqı Parlamenti rəhbərlik ofisi (Beyti), İran Silahlı Qüvvələrinin Baş Qərargahı, Xatəm əl-Ənbiya mərkəzi qərargahı və onun komandiri Qulam Əli Rəşid, İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri və Müdafiə naziri, general Məhəmməd Riza Aştiyani kimi daha çox insan və quruma sanksiya tətbiq etməyə çağırıb.

Avropa Parlamenti İnqilab Keşikçilərinin Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı İttifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə öncəki tələbini təkrarlayıb.

Bu qətnamədə İnqilab Keşikçilərinin son bir neçə ildə Avropadakı hərəkətlərinə istinad edilərək, bu qərarı həyata keçirmək üçün çox gec olduğu vurğulanır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Cəbrayıl Pakruh Təbriz İnqilab Məhkəməsinə çağırılıb

Aprel 25, 2024
1 dəqiqədə oxunur
Cəbrayıl Pakruh Təbriz İnqilab Məhkəməsinə çağırılıb