close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası

Aprel 23, 2024
1 dəqiqədə oxunur
Azərbaycan şəhərlərində telekommunikasiya təqaüdçülərinin etiraz aksiyası

Təbriz, Urmiyə, Ərdəbil, Həmədan və Ərak şəhərlərində telekom təqaüdçüləri dünən 22 aprel 2024 bazar ertəsi, etiraz aksiyası keçirərək, hakimiyyət orqanlarından qanuni tələblərinə cavab vermələrini tələb ediblər.

Doğu Azərbaycan, Batı Azərbaycan, Ərdəbil, Həmədan və Mərkəzi əyalətlərində bir qrup telekommunikasiya şirkəti təqaüdçüsü bu əyalətlərə telekommunikasiya şirkətinin qarşısında plakatlar nümayiş etdirərək və şüarlar səsləndirərək hökumətin qanuni tələbləri ilə bağlı vədlərinə etiraz ediblər.

  Ərdəbildə şüarların səsləndirilməsi təqaüdçülərin etiraz yürüşü ilə müşayiət olunub.

Həmədan və Ərakda təqaüdçülər telekommunikasiya şirkətinin qarşısına toplaşaraq 2009-cu ildə telekommunikasiya rifahı qaydalarının uzlaşmadan həyata keçirilməsi mövzusunda plakatlar nümayiş etdirərək hökumətin qanuni tələbləri ilə bağlı vədlərinin yerinə yetirilməsini tələb ediblər.

əqaüdçülər hesab edirlər ki, hökumətdə və parlamentdə problemlərinin həlli üçün heç bir iradə yoxdur və onlar öz yığıncaqlarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

Təqaüdçülər öz yığıncaqlarında dəfələrlə bəyan ediblər ki, hüquqları tam reallaşana və hökumət onların tələblərini yerinə yetirənə qədər toplantılarını davam etdirəcəklər.

Qeyd edək ki keçən həftə bazar ertəsi, 2024-cü il martın 4-də də telekommunikasiya təqaüdçüləri Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Ərak şəhərlərində Milli Pensiya Fondunun qarşısında etiraz aksiyası keçiriblər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Kirman, Çabahar və Kərəcdə 9 məhbus edam edilib

Aprel 22, 2024
1 dəqiqədə oxunur
Kirman, Çabahar və Kərəcdə 9 məhbus edam edilib