close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Cəmiyyət & Mədəniyyət

Valideynlərinin dirənməsi sonrası Qeydiyyat İdarəsi Duyğuya kimlik verib

Fevral 7, 2024
1 dəqiqədə oxunur
Valideynlərinin dirənməsi sonrası Qeydiyyat İdarəsi Duyğuya kimlik verib

Ərdəbil əyalətinin Germi şəhərində yaşayan “Duyğu”nun ailəsi çoxsaylı müraciətlər və göstərdikləri dirənişdən sonra nəhayət ki, bu körpəyə kimlik ala bilib.

Duyğunun atası Adil Dəlir şəxsi İnstaqram səhifəsində qızının kimliyinin şəklini yayımlayıb və Türk ad olan Duyğu adına kimlik verildiyini açıqlayıb.

Bundan öncə Adil Dəlir instaqram hesabında paylaşım edərək Qeydiyyat İdarəsi tərəfindən bir həftədir  cavab ala bilmədiyini və bu məsələdə insani haqlarından vaz keçməyəcəyini və məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdi.

Azərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İranlı bloggerlərə təzyiqlə eyni vaxtda 20 xarici influencerin ölkəyə gəlməsi

Fevral 7, 2024
1 dəqiqədə oxunur
İranlı bloggerlərə təzyiqlə eyni vaxtda 20 xarici influencerin ölkəyə gəlməsi