close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mossad ilə əlaqə ittihamı ilə 4 kürd məhbus edam edilib

Yanvar 29, 2024
1 dəqiqədə oxunur
Mossad ilə əlaqə ittihamı ilə 4 kürd məhbus edam edilib

İran İslam Respublikasının məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyi 29 yanvar bazar ertəsi səhər saatlarında dörd kürd məhbusun edam edildiyini elan edib.

Bu xəbər agentliyi “İranda Mossad terror qrupunun 4 üzvünün edamı” başlığı ilə həmin vətəndaşların edamını qeyd edib.

Mizan iddia edib ki, Vəfa Azərbar, Pejman Fatehi, Məhəmməd Fəramərzi və Möhsün Məzlum ölkənin müdafiə sənayesi ilə bağlı müdafiə və raket avadanlığı istehsal edən fabrikdə Mossad bombalama layihəsinin icraçı qrupunun əsas üzvləri olub və bundan təxminən bir il yarım öncə Komele terror qruplaşmasının yüksək rütbəli üzvlərindən birinin əməliyyatı Mossad xidməti tərəfindən müəyyən edilərək işə götürülüb və bir neçə mərhələdə Afrika ölkələrinə göndərilib və həmin ölkələrin hərbi qərargahlarında tam əməliyyat təlimi keçib.

Daha öncə İman Əfşarinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi bu gəncləri müharibə və İsrail üçün casusluq ittihamı ilə edama məhkum etmiş və Apellyasiya Məhkəməsi də bu hökmləri təsdiq etmişdi.  Ayrıca Ali Məhkəmədə həmin vətəndaşların işinə yenidən baxılması barədə yenidən baxılması da rədd edilib.

Yanvar ayının 28-i bazar günü axşam iki insan haqları mediası olan Harana və Hengav elan etdi ki, Vəfa Azərbar, Pejman Fatehi, Məhəmməd Fəramərzi və Möhsün Məzlum adlı dörd kürd məhbus edamın icrası üçün Tehranın Evin həbsxanasından Kərəcin Qızılhisar həbsxanasına köçürülüb.

Bu dörd məhbusun ailələri bazar günü Bəhmən ayının 28-i elan etdilər ki, 19 aydır xəbərsiz qaldıqdan sonra biz uşaqlarımızı bu gün sağ gördük, dedilər ki, bu son görüşdür.

Deyilənə görə, Pejman Fatehi ana və bacısına belə demişdir: “Bu, mənim üçün şərəfli və qeyrətli ölümdür, həyat yoldaşım Bayana deyin ki, mənim üçün qara geyinməsin, üzülməsin”.

Şərhlər

Xəbərlər

Üç Amerika əsgərinin İranın dəstəklədiyi milislər tərəfindən öldürülməsi; Biden: Cavab verəcəyik

Yanvar 29, 2024
2 dəqiqədə oxunur
Üç Amerika əsgərinin İranın dəstəklədiyi milislər tərəfindən öldürülməsi; Biden: Cavab verəcəyik