close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Özəl hesabat

Urmiya və Şirazda ən azı 6 məhbusun edam təhlükəsi

Mart 2, 2022
1 dəqiqədə oxunur
16 Mart 2022
16 Mart 2022

Siyasi fəal Mehdi Hacəti Şirazın Adelabad həbsxanasında 3 vətəndaşın ani edam ediləcəyini açıqlayıb. İnsan Haqları Təşkilatlarının hesabatına görə Urmiya Mərkəzi Həbsxanasında da üç məhbusun edam təhlükəsi vardır.

15 mart 2022-ci il çərşənbə axşamı siyasi fəal və Şiraz Şəhər Şurasının keçmiş üzvü Mehdi Hacəti bir məhbusun Şirazdakı Adelabad həbsxanasında qohumları ilə son görüşü barədə twit yazıb.

Hacəti məhbusların şəxsiyyətini “Əbdulriza Şəfii”, “Əhməd Gorgic” və “Bəşir Səmədi” olaraq açıqlayıb və yazıb ki, hər üçü çərşənbə günü edam olunacaq.

O, ayrıca bildirib ki, son bir neçə gündə Şirazın Adilabad həbsxanasında adları hələ açıqlanmayan başqa məhbuslar da edam edilib.

Bu twitlə eyni vaxtda insan haqları sahəsində çalışan Dadbanın Twitter hesabı İranda 52 nəfərlik bir qrupun edam edildiyini elan edərək, cənab “Əbdulriza Şəfii”nin bu 52 nəfərdən biri olduğunu yazıb.

Dadban twitter hesabında yazıb ki, 52 nəfərdən bəziləri son iki gündə edam edilib, başqaları isə yaxın bir neçə gündə edam olunacaq.

Bu arada Hengav insan haqları, and içərək edama məhkum edilmiş və 33 ildir ki, məzuniyyət hüququ olmadan Urmiya həbsxanasında saxlanılan qətldə ittiham olunan üç məhbusun edamının qaçılmaz təhlükəsi barədə xəbərdarlıq edib.

Xəbəri açıqlayan İnsan Haqları Təşkilatı bu vətəndaşların adlarını “Cəfər İsmaili”, “Osman Səhrayi” və “Səid Ərmət” adlandıraraq, onların 1989-cu ilin iyul ayından bəri qəsdən adam öldürmə ittihamı ilə və cinayət məsuliyyətinə cəlb edilmədən birgə işdə saxlanıldıqlarını və cinayəti sübut edəcək kifayət qədər dəlil olmadığını və onlar yalnız andiçmə mərasimi keçirməklə qisasa məhkum ediliblər”.

Hesabatda ayrıca qeyd olunur ki, üç məhbus ailələri ilə son görüşdə olublar və həbsxana rəsmiləri ailələrinə valideynlərinin razılığını almaq üçün yalnız 16 mart çərşənbə günü səhər saat 3-ə qədər vaxtlarının olduğunu, əks halda səhər saat 4-ə qədər onlar edam olunacaqlar.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Nazanin Zagharinin vəkili: Ümid edirəm ki, müvəkkilimlə bağlı xoş xəbər eşidərik

Mart 1, 2022
1 dəqiqədə oxunur
Nazanin Zagharinin vəkili: Ümid edirəm ki, müvəkkilimlə bağlı xoş xəbər eşidərik