close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Saytları dəyişdirin
Özəl hesabat

İran ABŞ istehsalı olan 820 min doza peyvəndi geri qaytarıb

Fevral 21, 2022
1 dəqiqədə oxunur
7 Mart 2022
7 Mart 2022

İran gömrüyü Polşanın bağışladığı 820 min doza Polşa Astraznka peyvəndinin dünən İrandan çıxarıldığını və bu ölkəyə qaytarıldığını açıqlayıb.

Bundan öncə İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Haşimi demişdi ki, peyvəndlər “ABŞ mənşəli” İrana göndərildiyi üçün Polşaya qaytarılmalıdır.

İran Gömrük İdarəsinin sözçüsü Ruhullah Lətifi peyvəndlərin geri qaytarılması prosesi barədə İSNA-ya danışıb: Peyvənd yükü rəsmiyyətlərdən keçərək İrana çatdığı üçün açıq ixrac prosesindən keçməli olub və geri qaytarılmalı idi, lakin başqa tərəfdən ixrac təşviqinə məruz qalmadığını nəzərə alaraq, qayıdış demək mümkün deyildi lakin reeksport prosesi birtəhər başa çatıb və geri qaytarılıb.

İslam Respublikasının Rəhbəri bundan öncə Amerika və İngiltərədən gələn hər hansı bir peyvəndin idxalını qadağan etmişdi. Bu qərarın geniş şəkildə mənfi reaksiyalardan sonra hökumət rəsmiləri ABŞ və İngiltərənin vaksinləri başqa ölkədə istehsal olunmasa və iki ölkədən deyilsə, idxal edilə biləcəyini söylədi.

Polşa hökuməti indiyədək İrana iki milyon korona peyvəndi bağışlayıb və öncəki məlumatlara görə, bu peyvənd İranda yaşayan əfqan qaçqınlarının peyvənd edilməsi üçün istifadə olunmalı idi.

İran hökumət rəsmiləri dekabrın ortalarında ümumi peyvənd üçün yerli istehsala güvəndiklərini və xarici peyvəndləri idxal etməyəcəklərini açıqladılar. İranın yerli peyvəndlərinin böyük hissəsi İslam Respublikası Rəhbərinin ofisinə bağlı iqtisadi holdinq tərəfindən istehsal olunur.

📩 Bu xəbər haqqında əlavə məlumatınız varsa, lütfən bu E-mail vasitəsi ilə bizimlə əlaqə qurun: [email protected]

📞 Bu xəbərin qonusu ilə bağlı rəsmilərlə əlaqəyə keçmək istəyirsinizsə, lütfən İranın dörd bir yanında yer alan rəsmilərin siyahısına baxın: www.ostanwire.com

Şərhlər

Özəl hesabat

Zahidanda üç nəfər "yer üzündə fəsad" ittihamı ilə edam cəzasına məhkum edilib

Fevral 21, 2022
1 dəqiqədə oxunur
Zahidanda üç nəfər "yer üzündə fəsad" ittihamı ilə edam cəzasına məhkum edilib