close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Özəl hesabat

İsrail ordusu İnqilab Keşikçilərinin təhdidindən sonra hazırlıq səviyyəsini artırıb

Fevral 23, 2022
1 dəqiqədə oxunur
İsrail ordusu İnqilab Keşikçilərinin təhdidindən sonra hazırlıq səviyyəsini artırıb

9 Mart 2022

İslam Respublikasının rəsmiləri, o cümlədən İnqilab Keşikçiləri, İsrailin Dəməşqin kənarında İnqilab Keşikçiləri Korpusunun bazasına endirdiyi zərbə və iki İnqilab Keşikçiləri zabitinin həlak olması ilə nəticələnən hava hücumundan sonra İsraili qisas alacaqları ilə təhdid ediblər və İsrail ordusu İnqilab Keşikçilərinin təhdidindən sonra hazırlıq səviyyəsini artırıb.

İsrailin Kan televiziya kanalı İranın təhdidindən sonra İsrail ordusunun quzey sərhədində, eləcə də hava qüvvələri və hava hücumundan müdafiə sisteminin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bildirib.

Bununla bağlı “Əl-Məyadin” İsrail mətbuatına istinadən xəbər verir ki, İnqilab Keşikçilərinin açıqlamalarından sonra İsrail ordusu cavab hücumlarına qarşı olaraq İsrail-Suriya sərhədində hazırlıq səviyyəsini artırıb.

Çərşənbə axşamı Dəməşqin kənarında İsrailin hava hücumu zamanı İnqilab Keşikçilərinin iki qüvvəsi həlak olub. İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsi çərşənbə axşamı gecə yaydığı açıqlamada öldürülən iki qüvvənin kimliyini İhsan Kərbəlayipur və Murtaza Səidnejad açıqlayıb.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Özəl hesabat

İsrailin Suriyaya endirdiyi raket zərbəsi zamanı iki İnqilab Keşikçiləri polkovniki həlak olub

Fevral 23, 2022
1 dəqiqədə oxunur
İsrailin Suriyaya endirdiyi raket zərbəsi zamanı iki İnqilab Keşikçiləri polkovniki həlak olub