İran İslam Respublikası hökumətinin başçısı Məsud Pezeşkian bazar ertəsi axşam televiziyaya müsahibəsində benzinin bahalaşacağı ilə bağlı sualı cavablandırıb və deyib ki, parlament idxal üçün valyuta ayırmasa, benzin bahalaşacaq.
İslam Respublikasının 14-cü hökumətinin başçısı Radio və Televiziya qurumu ilə canlı müsahibəsində deyib ki, benzin idxalı üçün pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur və aztəminatlı təbəqələri vurur.
O, daha sonra bildirib ki, ekspertlər benzinlə bağlı nə edəcəyini müzakirə edirlər.
Bundan öncə, dekabrın 1-də hökumət və parlament üzvlərinin qapalı iclasından sonra o, benzinin mümkün bahalaşmasına birbaşa toxunmadan bəyan etmişdi ki, “Narazılıqları ancaq sizin [Parlament üzvlərinin] və xalqın köməyi ilə həll etmək olar”.
Hökumət ölkədəki enerji çatışmazlığı böhranını “enerji balanssızlığı” adlandırır.
Pezeşkianın bu açıqlamaları o vəziyyətdədir ki, son günlər 2025 büdcəsində benzinin qiymətinin artırılması parlamentin nümayəndələrinin müzakirə etdiyi mövzulardandır.
Oktyabrin 17-də bir sıra deputatlar hökumətin mümkün qiymət artımı planına qarşı olduqlarını bildiriblər və belə bir qərarın cəmiyyətdə alovlanma və siyasi gərginliyə səbəb olacağını vurğulayıblar.
Bundan öncə, 2019-cu ilin noyabrında və Həsən Ruhaninin ikinci hökumətində benzinin qiyməti birdən-birə və kəskin artaraq İslam Respublikasına qarşı etiraz dalğasına səbəb olanda millətvəkilləri benzinin bahalaşmasına qarşı çıxıblar.
Şərhlər