close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
İqtisadiyyat

İranın neft ixracı son 6 ilin ən yüksək səviyyəsinə çatıb

Aprel 19, 2024
1 dəqiqədə oxunur
İranın neft ixracı son 6 ilin ən yüksək səviyyəsinə çatıb
“Financial Times” qəzetinin 30 apreldə dərc olunan hesabatında Vertska Energy Analysis Company-nin məlumatlarına istinadən Tehranın bu ilin ilk 3 ayında gündə orta hesabla 1,560 min barel neft ixrac etdiyi bildirilir ki əksəriyyəti Çinə satılıb. Bu rəqəm 2018-ci ilin üçüncü rübündən bəri ən yüksək göstəricidir.

Financial Times qəzetinin yaxınlarda dərc etdiyi hesabata görə İranın neft ixracı son 6 ilin ən yüksək səviyyəsinə çataraq bu ölkə 35 milyard dollarlıq gəlir əldə edib.

“Financial Times” qəzetinin 30 apreldə dərc olunan hesabatında Vertska Energy Analysis Company-nin məlumatlarına istinadən Tehranın bu ilin ilk 3 ayında gündə orta hesabla 1,560 min barel neft ixrac etdiyi bildirilir ki əksəriyyəti Çinə satılıb. Bu rəqəm 2018-ci ilin üçüncü rübündən bəri ən yüksək göstəricidir.

ABŞ və Avropa ölkələri İsraili İranla münaqişəni gərginləşdirməkdən çəkindirmək üçün Tehrana qarşı sanksiyaların yeni mərhələsini nəzərdən keçirərkən İranın neft ixracı ilə bağlı rekord qıran xəbərlər dərc olunub.

Amerikanın “Rapidin” enerji qrupundan olan “Fernando Ferreyra” iranlıların sanksiyalardan yayınma məharətinə toxunaraq deyib ki, əgər Biden administrasiyası həqiqətən də İranın neft gəlirlərini azaltmaq istəyirsə, diqqətini Çinə yönəltməlidir.

Çinin İran neftinə olan yüksək tələbatına toxunan Reuters daha öncə xəbər vermişdi ki, İranın 2024-cü ilin mart ayında neft ixracı son 10 ayın ən yüksək göstəricisinə çatıb və gündəlik orta hesabla 1,61 milyon barel olub.

Bu hesabata görə, İran OPEK-in üçüncü ən böyük istehsalçısı olaraq gündə təxminən 3 milyon barel neft hasil edir ki, bu da dünyanın ümumi neft hasilatının yüzdə 3-ni təşkil edir.

Reuters-in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Donald Trump 2018-ci ildə İranın nüvə sazişindən çıxdıqdan sonra İran neftinə embarqo daha da güclənib və ölkə İranın neft ixracını məhdudlaşdırmaq və gəlirlərini azaltmaq üçün dəfələrlə sanksiyalar tətbiq edib.

Lakin Bidenin dövründə İranın neft ixracı artıb, çünki çoxları Biden administrasiyasının bu sanksiyaları kifayət qədər dəqiq həyata keçirmədiyinə və İranın sanksiyalardan yayındığına inanır.

Reuters agentliyinin məlumatına görə, İran illərdir gəmiləri təhvil verməklə və ya tanker ötürücülərini söndürməklə ABŞ sanksiyalarından yayınır.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İsfahanda partlayış; Amerika rəsmiləri İsrailin hücumunu açıqlayıb

Aprel 19, 2024
1 dəqiqədə oxunur
İsfahanda partlayış; Amerika rəsmiləri İsrailin hücumunu açıqlayıb