close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İsfahanda partlayış; Amerika rəsmiləri İsrailin hücumunu açıqlayıb

Aprel 19, 2024
1 dəqiqədə oxunur
Fars-ın iddiasına görə, ordunun radarı mümkün hədəflərə qarşı işə salınıb və bu ərazidə bir neçə inzibati binanın şüşələri sındırılıb.
Fars-ın iddiasına görə, ordunun radarı mümkün hədəflərə qarşı işə salınıb və bu ərazidə bir neçə inzibati binanın şüşələri sındırılıb.

“Jerusalem Post İsrail” qəzeti aprelin 19 cümə gününün ilk saatlarında İranın mərkəzində, İsfahanda partlayış səsi gəldiyini yazıb.

Amerika rəsmisi ABC News-a bildirib ki, İsrail raketləri İrandakı bir obyektə düşüb.

CNN amerikalı rəsmiyə istinadən xəbər verib ki, İsrail İran daxilində hücum həyata keçirib. Bu rəsmi İsrailin nüvə obyektlərinə hücum etmədiyini vurğulayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Fars xəbər agentliyi bu hadisəni təsdiqləyib və yazıb ki, İsfahanın quzey-batısında ordunun Şikari adlı bazası yaxınlığında üç partlayış səsi eşidilib. Fars-ın məlumatına görə, müdafiə kiçik bir quş olduğu güman edilən obyektə cavab olaraq işə salınıb.

Fars-ın iddiasına görə, ordunun radarı mümkün hədəflərə qarşı işə salınıb və bu ərazidə bir neçə inzibati binanın şüşələri sındırılıb.

Bloomberg xəbər agentliyinin verdiyi məlumata görə, İsrail rəsmiləri cümə axşamı ABŞ-ı yaxın 24-48 saat ərzində İrana qarşı "cavab tədbiri" görəcəkləri barədə məlumatlandırıb.

İsrail mətbuatında dərc olunan xəbərə görə, Suriyanın güneyindəki Süveyda əyalətində və İraqın Bağdad və Babil əyaləti yaxınlığında da partlayış səsləri eşidilib.

Suriya mediası da xəbər verir ki, bu gecə hava hücumları Suriya ordusunun Suriyanın güneyindəki Suveyda və Dəra əyalətlərindəki bazalarını hədəf alıb.

İranın Mehr dövlət xəbər agentliyi İsfahanda partlayış xəbərinin eşidilməsindən sonra Tehran, İsfahan və Şirazda uçuşların dayandırıldığını bildirib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Şərq terminalında qaz balonunun partlaması nəticəsində 6 işçi ölüb

Aprel 18, 2024
1 dəqiqədə oxunur
Şərq terminalında qaz balonunun partlaması nəticəsində 6 işçi ölüb