Kapital bazarı indekslərinin düşməsi bu gün də davam edib, beləliklə, İranda birja bazarında indekslərinin düşməsi və kapital axını ardıcıl dördüncü iş günüdür ki, enişini davam etdirib.
Kapital bazarı bu gün 1225 vahid, balanslaşdırılmış indeks isə 952 vahid eniş yaşayıb.
Bu gün, 5 avqust 2024-cü ildə iş saatlarının sonuna qədər birjadan təxminən 610 milyard Tümən real pul çıxarılıb və bu xəbərin yazıldığı vaxta qədər sabit gəlirli fondlar 80 milyard Tüməndən çox real pul itirib.
Çərşənbə günü səhər saatlarında İsmayıl Haniyənin öldürülməsindən sonra ölkənin birjalarında ciddi enişlər yaşanıb.
Ümumi indeks 31 iyul Çərşənbə günündən şənbə gününə qədər 113 min vahiddən çox azalıb.
Bazar günü əməliyyatlarda dalğalanmanən önünə keçmək üçün məhdudiyyətlərdən sonra bazarın eniş sürəti yavaşladı və ümumi birja indeksi 2 milyon vahidin altında qaldı.
Lakin bazar ertəsi bazar enişini dayandırmadı və eniş daha yavaş sürətlə davam etdi.
Bütün bu ağır enişlər, bir çox iqtisadi ekspertlər və bazar fəallarının 31 iyulda İsmayıl Haniyənin öldürülməsinə görə birja səlahiyyətlilərinin bazarın enişini proqnozlaşdıra biləcəyinə və buna görə də birja salonunu tamamilə qanuni bir şəkildə tətil elan edə biləcəklərinə inanırlar.
Lakin bununla bağlı heç bir tədbir görülmədi və güclü enişlər elə oldu ki, dalğalanma diapazonunun məhdudlaşdırılması indekslərin enişinin qarşısını ala bilmədi və yalnız İran kapital bazarında eniş sürətini azaalda bildi.
Şərhlər