close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Batı Azərbaycan ərazisinin yüzdə 97-si quraqlıqdan əziyyət çəkir

May 9, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycan ərazisinin yüzdə 97-si quraqlıqdan əziyyət çəkir

Batı Azərbaycan Meteorologiya İdarəsinin rəisi ötən ilin eyni dövrü ilə müqayisədə əyalətdə yağıntının yüzdə 18 azaldığını bildirib.

Əyalətdə yağıntıların azalmasına toxunan İsmayıl Simayi deyib: Quraqlıq indeksinə əsaslanan əyalətin quraqlıq xəritələrinin tədqiqi göstərir ki, keçən ilin aprel ayının sonuna qədər olan bir illik dövrdə əyalətin təxminən 97 faizi mülayimdən çox şiddətli quraqlığa, 64 faizi isə şiddətli və çox şiddətli quraqlıqdan təsirlənir və əyalətin ərazisinin yalnız 3 faizi normal durumdadır.

O, əlavə edib ki, bu il yağıntının miqdarı 47 mm-ə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  yüzdə 18, uzunmüddətli norma ilə müqayisədə isə yüzdə 44 azalıb.

Batı Azərbaycanın 64 faizinin şiddətli və çox şiddətli quraqlıqdan əziyyət çəkdiyini bildirən Simayi deyib: Bu il Urmiyəyə düşən yağıntının miqdarı 54,9 mm-dir ki, bu da 79,1 mm olan ötən ildən 31 faiz azdır.

O, Urmiyə gölünün su hövzəsinə düşən yağıntının miqdarının 25,3 mm olduğunu vurğulayaraq deyib: Urmiyə gölünün su hövzəsinə düşən yağıntılar öncəki illə müqayisədə 36,1 mm azalıb.

Simayi dedi: Cari su ilində 2021-ci ilin oktyabrın 1-dən 2022-ci il Mayın 6-dək yağıntının miqdarı 237,4 mm olub ki öncəki ilə nisbətən yüzdə 5 çoxdur.

Şərhlər

Xəbərlər

Yaxşılığa əmr etmə qərargahının əmri ilə Məşhəddə epilyasiya qadağan edilib

May 9, 2022
1 dəqiqədə oxunur
Yaxşılığa əmr etmə qərargahının əmri ilə Məşhəddə epilyasiya qadağan edilib