close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ədliyyənin sözçüsü: Əhmədriza Cəlalinin edam hökmü icra olunacaq

May 10, 2022
1 dəqiqədə oxunur
Ədliyyənin sözçüsü: Əhmədriza Cəlalinin edam hökmü icra olunacaq

İslam Respublikası Ədliyyəsinin sözçüsü İranda isveçli iranlı araşdırmacı Əhmədriza  Cəlalinin edam hökmünün qəti olduğunu və ədliyyə rəsmilərinin gündəmində olduğunu açıqlayıb.

Ədliyyə hakimiyyətinin sözçüsü Zəbihullah Xodaiyan çərşənbə axşamı, mayın 10-da keçirilən mətbuat konfransında Əhmədriza  Cəlali barədə deyib ki, “O, bir neçə ittiham üzrə edam cəzasına məhkum edilib və hökm qətidir və məhkəmə orqanlarının gündəmindədir və onlar hökmü icra edəcəklər”

Əhmədriza  Cəlaliyə qarşı irəli sürülən ittihamlara gəlincə, Xodaiyan 2017-ci ildə “casusluq”, “Mossad ilə əlaqə qurmaq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək, məxfi və çox məxfi planlar haqqında məlumatları açıqlamaq və nüvə alimləri haqqda məlumat yaymaq” ittihamları ilə mühakimə və həbs olunduğunu iddia edib.

İslam Respublikası məhkəmə orqanının rəsmisi də Əhmədriza Cəlalinin ikili vətəndaşlığı olduğunu təkzib edib və iddia edib: Həbs edildikdən sonra İsveç ona vətəndaşlıq və imtiyazlar verib.

Daha öncə İsna xəbər agentliyi məlumatlı bir məmura istinadən Əhmədriza Cəlalinin mayın sonuna qədər edam ediləcəyini bildirmişdi.

İslam Respublikası Ədliyyəsinin sözçüsü Əhmədriza Cəlali və Həmid Nurinin mübadiləsi ilə bağlı suala cavab olaraq deyib: "İkisinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. O, Həmid Nurinin "günahsız" olduğunu, məhkəmələrinin isə "qanunsuz" olduğunu iddia edib.

Bu açıqlamalar Həmid Nurinin ömürlük həbs cəzasına məhkum edilməsindən az sonra İran hökumətinə yaxın media orqanları tərəfindən Əhmədriza Cəlalinin mümkün edam edilməsi xəbərinin dərc edildiyi vaxta təsadüf edir.

Əhmədriza Cəlali iranlı həkim və Təbər Universitetinin professoru və 2017-ci ildə elmi konfransda iştirak etmək üçün İrana gedərkən Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən həbs edilən İsveç vətəndaşıdır və "Yer üzündə fəsad" ittihamı ilə edam cəzasına məhkum edilib.

Cənab Cəlali bundan öncə demişdi ki, İran agentləri onu İran İslam Respublikasına casusluq etməkdən imtina etdiyi üçün həbs ediblər.

Şərhlər

Xəbərlər

Batı Azərbaycanda 8 milyard Tümən dəyərində nəqliyyat lövhələri oğurlanıb

May 10, 2022
1 dəqiqədə oxunur
Batı Azərbaycanda 8 milyard Tümən dəyərində nəqliyyat lövhələri oğurlanıb