Çərşənbə günü, mayın 11-də İran xəbər agentlikləri İnqilab Keşikçiləri Korpusunun quru qüvvələrinin bu səhər Ərbildə bəzi mövqeləri hədəfə aldığını bildirib.
İnqilab Keşikçilərinə yaxın olan Tasnim xəbər agentliyi İnqilab Keşikçilərinin Ərbildəki terror qruplaşmalarının mövqelərini hədəfə aldığını deyir. Hesabatda bu qrupların adları çəkilmir, lakin İnqilab Keşikçilərinin İraqın Kürdüstan bölgəsində silahlı qüvvələrə hücumlarının bir tarixi var.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.
Ötən ilin martında İnqilab Keşikçiləri İraqın Ərbil şəhərinə raket hücumu zamanı İsrail qüvvələrinin Ərbildəki təlim bazasını hədəf aldığını iddia etmişdi.
İnqilab Keşikçilərinin Ərbilə hücumu xəbəri bu gün Suriyanın dövlət xəbər agentliyi olan “Sana” mayın 11-də səhər saatlarında İsrailin Suriyanın güneyindəki Colan yüksəkliklərində Qənitəre şəhərinin kənarında və yaxınlıqdakı hava hücumu barədə məlumat yayarkən dərc edilib.
Hesabatda İsrailin hava hücumlarına dəyən mümkün zərərin təfərrüatları verilməsə də, hadisədən cəmi dörd gün öncə Suriya İnsan Haqları Müşahidə Qrupu İran hökumət qüvvələri və müttəfiq qrupların nəzarətində olan doğusundaki neftlə zəngin ərazilərin naməlum təyyarələrlə hədəfə alındığını bildirib.
Ötən həftə İsrail Dəməşqin ətrafına raket hücumu həyata keçirib, nəticədə 4 İran müttəfiqi həlak olub, 3-ü isə yaralanıb.
Şərhlər