close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Təbriz həbsxanasında Ruzbeh Piriyə qarşı təzyiqlər artıb

May 22, 2022
1 dəqiqədə oxunur
Təbriz həbsxanasında Ruzbeh Piriyə qarşı təzyiqlər artıb

Təbriz Mərkəzi Həbsxanasının rəsmiləri bu həbsxanada həbsdə olan mədəni fəal və siyasi məhbus Ruzbeh Pirinin hüquq fakültəsi üzrə magistr imtahanlarına qatılmasına icazə verilməyib.

Ruzbeh Pirinin qardaşı “Yaşar Piri” İnstagram səhifəsində qardaşının qəbul imtahanı vəsiqəsinin şəklini yayımlayıb və yazıb: Ruzbeh "iki həftə öncə məktub yazaraq həbsxana rəhbərliyinə məlumat verdi; ancaq yenə də təxribat və qeyri-qanuni hərəkətlərlə üzləşdi və ən fundamental insan hüquqlarından biri olan təhsil hüququndan məhrum edildi”.

Ruzbeh Piriyə təzyiq göstərmək üçün siyasi məhbusun tibbi məzuniyyətə çıxmasına Təbriz Mərkəzi Həbsxanasının rəsmiləri və Doğu Azərbaycan əyalətinin ədliyyə rəsmiləri də etiraz ediblər. Cənab Piri “Crohn” xəstəliyindən əziyyət çəkir və onun Təbriz zindanında effektiv tibbi xidmətlərdən istifadə etməməsi bu siyasi məhbusun həyatını təhlükəyə atıb.

Ruzbeh Piri tərcüməçi, “Təbriz” jurnalının redaktoru və Təbriz Azad Universitetində “Nəvid Etedal” tələbə təşkilatının təsisçisidir. Bu mədəni fəal 2019-cu ilin noyabrında ümummi etiraz aksiyaları ilə bağlı saxlanılanlardan biridir.

Təhlükəsizlik qüvvələri 12 fevral 2022-ci il şənbə günü Təbrizdə Ruzbeh Pirini atasının evinin qarşısında həbs edərək şəhərin mərkəzi həbsxanasına köçürüblər. Bundan öncə Hakim Fəthnejadın rəhbərlik etdiyi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi Ruzbeh Pirini “müxalifət qruplara üzv olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum etmişdi. Yaşar Piri də İnstaqram səhifəsində bu iş üzrə apellyasiya məhkəməsinin Ruzbeh Pirini müxalif qruplara üzv olmaq ittihamı ilə 3 il, rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə isə 8 ay həbs cəzasına məhkum etdiyini açıqlayıb. İslam Cinayət Qanununun 134-cü maddəsinə əsasən, bu halda üç il həbs cəzası tətbiq olunacaq.

Ayrıca keçən ilin Avqustunda Doğu Azərbaycan Apelyasiya Məhkəməsinin 12-ci şöbəsi qardaşının Bəsic qüvvələri tərəfindən döyülməsi və işgəncə verməsinin fiziki nəticələri barədə bilgi verdiyi üçün Ruzbeh Pirini beş milyon tümən cərimə ödəməyə məhkum etmişdi.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Məhbuslar

Əkbər Cəhani Təbrizdə həbs edilib

May 20, 2022
Əkbər Cəhani Təbrizdə həbs edilib