close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Küveyt tərəfindən İran gəmisinin tutulması və ekipajının saxlanması

İyun 3, 2022
1 dəqiqədə oxunur
Küveyt tərəfindən İran gəmisinin tutulması və ekipajının saxlanması

Küveyt Sahil Mühafizəsi cümə axşamı günortadan sonra bildirib ki, mühafizəyə bağlı qüvvələr İran gəmisini ələ keçirib.

Küveytin “Əl-Qabas” qəzeti Küveytin bu qurumuna istinadən xəbər verir ki, gəmidə olan üç iranlı dənizçi gəminin ələ keçirilməsindən sonra tutularaq müstəntiqlərə təhvil verilib.

Küveyt Sahil Mühafizəsi iddia edib ki, dənizçilər son iki ay ərzində ölkənin ərazi sularında Küveyt balıqçı qayıqlarını qaçırıblar.

Küveyt Sahil Mühafizəsinin Əməliyyat Otağı İran gəmisinin Küveyt balıqçı gəmisini “oğurladığı” barədə məlumat aldığını iddia edib.

Əməliyyat otağı da bu xəbəri aldıqdan sonra İran gəmisini mühasirəyə aldıqlarını iddia edib “Bir neçə mərmi atdıqdan sonra iranlı dənizçilər [Sahil Mühafizəsinə] təslim olmaq məcburiyyətində qaldılar və indi isə istintaq davam edir”.

Küveyt mənbələri may ayının sonlarında da ölkənin Sahil Mühafizəsinin qaçaqmalçılıq yolu ilə yanacaq daşıyarkən bir neçə iranlını həbs etdiyini bildirmişdi.

Küveytin təhlükəsizlik mənbələri ölkənin Sahil Mühafizəsinin təxminən 240 ton qaçaqmal dizel daşıyan gəmidə olan səkkiz iranlı dənizçini həbs etdiyini bildirib.

Gəminin Küveytin ərazi sularında ələ keçirildiyini qeyd edən mənbələr dənizçilərin Fars körfəzindəki bir ərəb ölkəsində satmaq üçün Küveytdən qaçaqmalçılıq yolu ilə yanacaq aldıqlarını etiraf etdiklərini də əlavə edib.

Lakin Küveyt Daxili İşlər Nazirliyi açıqlamasında iranlı dənizçilərin adını çəkməyib, sadəcə ölkədə 240 yanacaq daşıyan gəminin ələ keçirildiyini və qaçaqmalçıların müvafiq orqanlara təhvil verildiyini bildirib.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İran mediası: Prezident müstəqil Azərbaycan mis şirkətinin yaradılmasını istədi

İyun 2, 2022
1 dəqiqədə oxunur
İran mediası: Prezident müstəqil Azərbaycan mis şirkətinin yaradılmasını istədi