close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Zahidanda azı beş nəfər edam edilib

İyun 6, 2022
1 dəqiqədə oxunur
Zahidanda azı beş nəfər edam edilib

Bəluçistan İnsan Haqları Xəbərlərini dərc edən Halvəş internet saytı Zahidan Mərkəzi Həbsxanasında ən azı 5 məhbusun edam edildiyini xəbər verib və bu səhər bəlkə də 10 nəfərin edam edildiyini yazıb.

Halvəşin sözlərinə görə, şənbə günü, iyunun 4-də 12 məhbus Zahidan Mərkəzi Həbsxanasında təkadamlıq kameraya köçürülüb və 6 iyunda səhər saatlarında onlardan 10-u edam edilib.

Bu gün səhər saatlarında Zahidanda edam edilən 5 nəfərin şəxsiyyəti "Nəsir Məhmədani", "İbrahim Rəxşani", "Məhəmməd Nəbi Kəbdani", "Məhəmməd Əli Kəhrazehi" və "Məhəmməd Ömər Kəhrazehi" olaraq açıqlanıb.

Həmin şəxslərin narkotik maddə ilə bağlı cinayətlərə görə həbs olunaraq edam cəzasına məhkum edildiyi bildirilir.

İslam Respublikası edamlar üzrə dünya rekorduna sahibdir və təkcə 2021-ci ildə İranda ən azı 314 nəfər edam edilib.

Beynəlxalq Amnistiya Təşkilatı bundan əvvəl illik hesabatında bəyan etmişdi ki, İslam Respublikası 2017-ci ildən bəri dünyada ən çox edam cəzası həyata keçirib.

Təşkilat onu da vurğulayıb ki, İranda edam cəzası qeyri-mütənasib şəkildə ölkədəki azlıqlara tətbiq edilir. Məsələn, Amnesty International deyir ki, qeydə alınmış edam qurbanlarının ən azı 19 faizi İran əhalisinin cəmi 5 faizini təşkil edən bəluç azlığına aiddir.

 

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Ərdəbildə adambaşına düşən təhsil sahələri aşağıdır

İyun 6, 2022
1 dəqiqədə oxunur
Ərdəbildə adambaşına düşən təhsil sahələri aşağıdır