Belçikanın Brüssel Apellyasiya Məhkəməsi bu ölkədə həbsdə olan İslam Respublikasının bombacı diplomatı Əsədullah Əsədinin İrana ekstradisiyasını müvəqqəti olaraq qadağan edən qərar çıxarıb.
Çərşənbə günü, iyulun 20-si Belçika Parlamenti Brüssel və Tehran arasında mübahisəli ekstradisiya qanun layihəsini lehinə 79 səslə, 41 əleyhinə səslə təsdiqləyib.
Bu anlaşmaya əsasən, başqa ölkələrin məhkəmələrində həbs cəzası almış iranlı və belçikalı cinayətkarlar həbs müddətini öz ölkələrində keçirə bilərlər.
Bu qanun layihəsinin təsdiqindən sonra hüquq müdafiəçiləri Belçikada həbsdə olan Əsədullah Əsədinin azadlığa buraxılmasının mümkünlüyü ilə bağlı narahatlıqlarını ifadə ediblər.
İranlı diplomat Əsədullah Əsədi 2021-ci ilin mayında Xalqın Mücahidləri Təşkilatının 2018-ci ildə Parisdə keçirilən toplantısında partlayış planlaşdırma cinayətinə görə 20 il həbs cəzasına məhkum edilib. O zaman Əsədi İslam Respublikasının Avstriyadakı səfirliyinin üçüncü katibi idi, lakin Almaniyada həbs edilərək Belçikaya təhvil verilib.
İndi Brüssel məhkəməsi “iddiaçıların hüquqlarını pozma ehtimalına” istinad edərək, bu ölkə hökumətinin Əsədullah Əsədini İrana ekstradisiya etməsinə icazə verilməməsi barədə qərar çıxarıb.
Məhkəmənin hökmünə əsasən, bu qadağa iddiaçıların hüquqları ilə bağlı məsələ araşdırılana qədər davam edəcək.
Əsədullah Əsədinin terror aktını həyata keçirmək cəhdində daha 3 şəriki olub və onlar da mühakimə olunub və ağır cəzalara məhkum ediliblər.
Bu ortaqlar arasında Əmir Səduni və Nəsime Noami hər biri 18 il, Mehrdad Arefani isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslərin Belçika vətəndaşlığı da ləğv edilib.
Şərhlər