ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Price İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidə kameralarını söndürmək qərarına reaksiya verib və vurğulayıb ki, İranın “şəffaflığı azaltması” İslam Respublikasının yaratdığı nüvə proqramı böhranının dərinləşməsinə səbəb olacaq.
İran İslam Respublikasının səlahiyyətliləri bu həftə bazar günü elan etdilər ki, JCPOA kimi tanınan nüvə anlaşması bərpa olunana qədər agentliyin kameralarını işə salmayacaqlar.
İranın Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami deyib ki, “ittihamlar” irəli sürüləcəyi təqdirdə kameraların yerində qalması üçün heç bir səbəb yoxdur.
O, qeyd edib ki, İslam Respublikası atom bombası yaratmaq cəhdində ittiham olunur. O Bildirib: “O kameralar bu ittihamı təmizləmək üçün orada idi, lakin bu ittihamlar davam edərsə, kameraların qalması üçün heç bir səbəb yoxdur.”
Bazar ertəsi, avqustun 25 İyulda Ned Price keçirdiyi mətbuat konfransında beynəlxalq ictimaiyyətin İrandan açıq tələbinin “daha çox şəffaflıq” olduğunu və İslam Respublikasının bu tələbə cavabının kameraları söndürməklə “daha az şəffaflığın” təmin edilməsi olduğunu bildirib. “Yumşaq desək, çox təəssüf doğurur.”
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: “JCPOA-ya hər hansı ikitərəfli danışıqların bir hissəsi kimi, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin JCPOA bəyannamələrini yoxlamaq üçün zəruri hesab etdiyi məlumat və şəffaflığı təmin etməlidir."
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi İslam Respublikasının nüvə proqramının gələcəyi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, İran dinc məqsədlər üçün uranın yüzdə 60 zənginləşdirilməsinə ehtiyac duymur.
Ötən həftə İspan qəzetinə verdiyi müsahibədə Grossi deyib ki, İranın nüvə proqramı sürətlə irəliləyir və agentliyin baş verənlərlə bağlı “çox az görüntüləri” var.
Agentliyin baş direktoru keçən ay İrana xəbərdarlıq etmişdi ki, Bu ölkənin MAQATE-nin müşahidələrində yaratdığı fasilə üç-dörd həftədən çox davam edərsə, bu nəzarətçi daha İranın nüvə proqramının gedişatı ilə bağlı ətraflı hesabat əldə edə bilməyəcək.
Şərhlər