close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Rəisi "CBS" ilə müsahibəsində: Biden ilə görüş mənasızdır

Sentyabr 19, 2022
1 dəqiqədə oxunur
Rəisi "CBS" ilə müsahibəsində: Biden ilə görüş mənasızdır

İran prezidenti İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfəri ərəfəsində Amerikanın CBS News kanalına müsahibə verib və deyib ki, onunla Amerika prezidenti Joe Biden arasında görüş baş tutmayacaq.

Rəisi “CBS News” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib: “Onunla (Joe Biden) görüşməyin və ya danışmağın faydalı olacağına inanmıram”.

CBS News bu müsahibənin cəmi bir dəqiqəsini öz saytında dərc edib və tam müsahibənin ABŞ vaxtı ilə sentyabrın 18-də dərc olunması planlaşdırılır.

Bu müsahibədə Rəisi Trump və Biden hökuməti arasındakı fərqə də cavab olaraq dedi: “Amerikada yeni hökumət Trump administrasiyasından fərqli olduğunu iddia edir, lakin praktikada gördüyümüz odur ki, onlar arasında heç bir fərq yoxdur”.

İrna xəbər agentliyinin məlumatına görə, İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 19-da Nyu-Yorka yola düşəcək.

Keçən il İbrahim Rəisi Nyu Yorka getmədi və Baş Assambleyada onlayn çıxış etdi. Bu problemin səbəbinin Korona virusunun yayılması olduğu açıqlanıb.

Bir neçə gün öncə Rəisinin Nyu-Yorka səfəri ərəfəsində vaxtilə İranda həbsdə olan bir sıra müxaliflər və xarici vətəndaşlar Nyu-York məhkəməsində ona qarşı iddia qaldırdıqlarını elan etdilər.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

İbrahim Rəisinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iclasında iştirakı ilə bağlı etirazlar davam edir

Sentyabr 16, 2022
1 dəqiqədə oxunur
İbrahim Rəisinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iclasında iştirakı ilə bağlı etirazlar davam edir