close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Armita Pavir Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Dekabr 9, 2022
Armita Pavir Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Azərbaycan Mədəni Universitetinin biologiya fakültəsinin öyrəncisi Armita Pavir 2022-ci il 8 Dekabr Cümə axşamı məhkəməyə qədər 250 milyon tümən girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Bu vaxta qədər onun ittihamları ilə bağlı ətraflı məlumat yoxdur.

Armita Pavir bu il 31 Oktyabrda universitetin girişi qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bundan öncə xanım Pavir Ukrayna təyyarəsinin vurularaq düşürülmesine etiraz olaraq 1 il təhsildən məhrum edilmişdi.

Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.

 

Şərhlər

Xəbərlər

İslam Respublikası etirazçılardan birinin edam hökmünü icra edib

Dekabr 8, 2022
1 dəqiqədə oxunur
İslam Respublikası etirazçılardan birinin edam hökmünü icra edib