close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Sina Yusifi həbs və ölkədən çıxış qadağasına məhkum edilib

Dekabr 13, 2022
1 dəqiqədə oxunur
Sina Yusifi həbs və ölkədən çıxış qadağasına məhkum edilib

Doğu Azərbaycan Vəkillər Birliyinin İnsan Haqları Komissiyasının müavini Sina Yusifi 6 ay həbs, iki il ölkədən çıxış qadağası və ayrıca elektron cihazlarının müsadirə edilməsinə məhkum edilib.

Bu Azərbaycanlı hüquqşünas öz Twitter hesabında yazıb: “Vəkillik missiyasını yerinə yetirdiyimə, insanların qanuni hüquqlarını müdafiə etdiyimə görə həbsə məhkum edilmişəm, ölkədən çıxışıma qadağa qoyulmuş və elektron cihazlarım müsadirə edilmişdir.”

Sina Yusifi bu il oktyabrın 14-də Vəkillər Birliyinin İnsan Haqları Komissiyasında son etirazlarda həbs olunan vətəndaşlar üçün müdafiə komitəsinin yaradılması barədə məlumat vermişdi.

O, oktyabrın 15-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 27 Oktyabrda məhkəməyə qədər qirov qarşılığında Təbriz Mərkəz Həbsxanasından sərbəst buraxılıb.

Bundan öncə daha bir Azərbaycanlı hüquqşünas, Azərbaycan Vəkillər Birliyinin İnsan Haqları Komissiyasının üzvü Qasım Bodi də son etiraz aksiyalarında saxlanılanların biri idi ki 5 ay həbs və 2 il ölkədən çıxış cəzasına məhkum edilib.

Şərhlər

Xəbərlər

Nəyyir Sənəndəciyan və Mehrdad Əlayi 2 il həbs və ölkədən çıxış qadağasına məhkum ediliblər

Dekabr 12, 2022
1 dəqiqədə oxunur
Nəyyir Sənəndəciyan və Mehrdad Əlayi 2 il həbs və ölkədən çıxış qadağasına məhkum ediliblər