close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Mahmud Ocaqlu Tehranda həbs edilib

Dekabr 16, 2022
1 dəqiqədə oxunur
Mahmud Ocaqlu Tehranda həbs edilib

Azərbaycanlı mədəni fəal Mahmud Ocaqlu 2022-ci il dekabrın 11-da Bazar günü Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yaxınlarının verdiyi məlumata görə, bu mədəni fəal həbsi zamanı iş yerində təhlükəsizlik əməkdaşlarının olması və həbs olunduğu barədə qısa zəng zamanı ailəsinə məlumat verə bilib.

Bu vaxta qədər onun həbsinin səbəbləri, ittihamlar və köçürülmə yeri barədə ətraflı məlumat yoxdur.

Bundan öncə Mahmud Ocaqlu 2013-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminin təşkilində ittiham olunaraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.

 

 

 

Şərhlər

Xəbərlər

Məhəmməd Hacılu Xoy həbsxanasından sərbəst buraxılıb

Dekabr 15, 2022
1 dəqiqədə oxunur
Məhəmməd Hacılu Xoy həbsxanasından sərbəst buraxılıb