close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İran zəlzələdən zərər çəkən suriyalılara kömək bəhanəsi ilə oraya silah göndərir

Aprel 12, 2023
2 dəqiqədə oxunur
Reuters-in məlumatlı mənbələrə istinadən dərc etdiyi xəbərə görə, İran bu il fevralın 6-da Suriyada baş vermiş zəlzələ fürsətindən və humanitar yardımların ötürülməsi üçün uçuş azadlığından istifadə edərək, bu uçuşlardan Suriyaya silah ötürmək üçün geniş şəkildə istifadə edib.

Bu gün, çərşənbə, aprelin 12-də Reuters xəbər agentliyi İran, Suriya, İsrail və Batılı şəxslər də daxil olmaqla 9 məlumatlı mənbəyə istinadən bildirib ki, İranın məqsədi Suriyada İsrailə qarşı müdafiəsini gücləndirmək və bu ölkənin prezidenti Bəşər Əsədi dəstəkləmək fürsətindən istifadə etməkdir.

Bu hesabatda bildirilir ki, zəlzələdən sonra yeddi həftə ərzində yüzlərlə İran təyyarəsi Dəməşq, Hələb və Latakiya hava limanlarına uçaraq bu ölkəyə silah ötürüb. Bu hesabata görə, təhvil verilən silahlar arasında qabaqcıl telekommunikasiya avadanlıqları, radarlar və İranın Suriyadakı hava hücumundan müdafiə sistemlərinin yenilənməsi üçün ehtiyat hissələri var.

Öncələr Suriya ordusunda xidmət etmiş polkovnik Əbdül Cabir Akidi Reuters agentliyinə deyib: “İsrail ayrıca İran hərbi qruplarının komandirlərinin görüş yerini və qabaqcıl silah sistemləri üçün mikroprosessorlarınl hədəf alıb”.

Reuters onu da açıqlayıb ki, İsrail İranın Suriyaya silah göndərdiyini öyrəndikdən sonra dərhal bu sursat anbarlarına və Dəməşq hava limanı və Hələb hava limanına hücum edib. İsrailli bir generalın bu hesabatdakı ifadələrinə görə, İsrail kəşfiyyatı o qədər dəqiq idi ki, hədəf aldığı yüklərin hər birinin içində hansı silahların olduğunu bilirdi.

Reuters xəbərində adı açıqlanmayan İsrail Müdafiə Nazirliyinin rəsmisi əlavə edib: “Biz müəyyən etdik ki, İran Suriyada zəlzələdən zərər çəkənlərə humanitar yardım adı altında, xüsusən də hissələr şəklində əhəmiyyətli miqdarda hərbi texnika göndərir və bu yüklərin böyük bir hissəsi Hələb hava limanına gedib. Bu silahların alınmasının koordinasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Suriyada Həsən Məhdəvinin komandanlığı altında yaradılan “18 min Qüds Qüvvələri Birliyi” ilə həyata keçirilib”.

İsrail Müdafiə Nazirliyinin bu rəsmisi onu da bildirib ki, “bu silahların yerüstü daşınması da Qüds Qüvvələrinin 190-cı Nəqliyyat Bölməsi tərəfindən həyata keçirilib”.

Bu hesabat İranın nüvə proqramı ilə bağlı gərginliyin artdığı və Suriyada İsrail ilə İslam Respublikası arasında münaqişənin daha çox ölçülərini ortaya qoyduğu bir vaxtda dərc edilib.

از بخش پاسخگویی دیدن کنید

در این بخش ایران وایر می‌توانید با مسوولان تماس بگیرید و کارزار خود را برای مشکلات مختلف راه‌اندازی کنید

صفحه پاسخگویی

Şərhlər

Xəbərlər

Öyrəncilər 15 Apreldə məcburi hicaba etiraz etməyə çağırıb

Aprel 12, 2023
1 dəqiqədə oxunur
Öyrəncilər 15 Apreldə məcburi hicaba etiraz etməyə çağırıb