close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Azərbaycan Respublikasında 9 nəfər İranla əməkdaşlıq ittihamı ilə həbs edilib

May 16, 2023
1 dəqiqədə oxunur
Azərbaycan Respublikasında 9 nəfər İranla əməkdaşlıq ittihamı ilə həbs edilib

Çərşənbə axşamı, mayın 16-da Azərbaycan Respublikası hökuməti 9 vətəndaşını İslam Respublikasının kəşfiyyat xidmətləri ilə əlaqədə olmaq, dövlət çevrilişi və sui-qəsd planlaşdırmaqda ittiham edərək həbs etdiyini açıqlayıb.

Azərbaycanın Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu birgə bəyanatda bu ölkənin polis qüvvələrinin “İranın xüsusi xidmətlərinə işləyən” bu şəxsləri həbs etdiyini açıqlayıb.

Azərbaycan hökumətinin qurumlarının yaydığı birgə bəyanatda bildirilir ki, bu şəxslər “hakimiyyəti zorakılıqla devirməyi, tanınmış simalara və yüksək vəzifəli məmurlara sui-qəsd etməyi” planlaşdırırdılar.

Bu qrupun həbsi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında son bir ildə daha da pisləşən gərgin münasibətlərdə son hadisədir.

Bu ilin aprel ayında Azərbaycan Respublikası bu ölkənin 6 vətəndaşını həbs etmiş və onları Azərbaycan Respublikasında vəziyyətin sabitliyini pozmaq üçün İran hökumətinin kəşfiyyat orqanları tərəfindən işə götürülməkdə ittiham etmişdir.

İran hökuməti Azərbaycan hökumətinin İsraillə yaxın münasibətlərindən çox narahatdır və Azərbaycan Respublikası da İslam Respublikasının orada İslam hökuməti qurmaq istəyən şiə ekstremistlərini dəstəklədiyini bildirir.

İran mediası bu il mayın 5-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tehran və Təbrizdəki 4 diplomatının arzuolunmaz ünsürlər kimi müəyyən edilərək ötən ay ölkədən çıxarıldığını açıqlayıb.

Azərbaycan diplomatlarının İrandan çıxarılması bu ölkənin 4 iranlı diplomatı ölkədən çıxarmasından sonra baş verib.

İran hökuməti həmçinin ilkin nüvəsini Qum və Məşhəddə təhsil almış Azərbaycan Respublikasından olan tələbələrdən ibarət olan “Hüseyniyyun Briqadası” adlı qrupu dəstəkləyir. Suriya iç savaşında İranın müvəkkil qüvvəsi kimi də görünən Hüseyniyyun briqadası Azərbaycan Respublikasında şiə hökuməti qurmağa çalışır.

Şərhlər

Xəbərlər

Siyasi məhbus Əliriza Fərşi sürgünə göndərilir

May 16, 2023
1 dəqiqədə oxunur
Siyasi məhbus Əliriza Fərşi sürgünə göndərilir