close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Yazıçı Əkbər Azad Dərəşəhrə sürgün edilib

İyun 12, 2023
1 dəqiqədə oxunur
Yazıçı Əkbər Azad Dərəşəhrə sürgün edilib

Mədəni fəal və İran Yazıçılar Dərnəyinin üzvü olan “Əkbər Azad” iki il məcburi yaşayış üçün 2023-cü il iyunun 11-də bazar günü İlam əyalətindəki Dərəşəhrə sürgün edildi.

“İranwire”in əldə etdiyi xəbərə görə, ötən həftə Baharistan Şəhər Prokurorluğunun ikinci şöbəsi Əkbər Azadın çağırılmasından sonra bu Türk yazıçıya Dərəşəhrdə iki il məcburi iqamət cəzası verib. Cənab Azad bu bazar günü ona qarşı çıxarılan cəzanı çəkmək üçün Dərəşəhrə göndərilib.

Bu 67 yaşlı mədəni fəal ağır şəkər xəstəliyindən əziyyət çəkir və oğlunun da kəskin MS xəstəliyindən əziyyət çəkdiyi və xəstə arabası ilə hərəkət etdiyi və atasının daimi muğad olmasına ehtiyacı olduğu bir vaxtda Dərəşəhrə sürgün edilib.

2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Əkbər Azad, Əliriza Fərşi və Həmid Mənafi və Behnam Şeyxini, 2013 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etdi.

Bu dörd mədəni fəa ötən illərdə həbs cəzalarını çəkiblər və hazırda İranın müxtəlif şəhərlərinə sürgün ediliblər. Lakin ötən həftə Əliriza Fərşi İnstaqram səhifəsində bir yazı paylaşaraq ona qarşı çıxarılan hökmü “qəddar və qeyri-insani” hesab etdiyini və sürgün hökmünə əməl etməyəcəyini yazıb.

Şərhlər

Xəbərlər

Moləvi Əbdülhəmid; Mən sizin yerinizdə olsaydım, oturduğum yeri buraxırdım

İyun 9, 2023
1 dəqiqədə oxunur
Moləvi Əbdülhəmid; Mən sizin yerinizdə olsaydım, oturduğum yeri buraxırdım