close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranda sənətçi və aktyorların sıxışdırılmasının davam etməsi; Şöhrə Qəmərə qarşı məhkəmə işi açılıb

İyul 26, 2023
1 dəqiqədə oxunur
ümummilli etirazlara dəstək verdiyi üçün iranlı kino və televiziya aktrisası Şöhrə Qəmərə qarşı məhkəmə işi açılıb.
ümummilli etirazlara dəstək verdiyi üçün iranlı kino və televiziya aktrisası Şöhrə Qəmərə qarşı məhkəmə işi açılıb.

 

Məhsa Əmininin ölümünün ildönümünə iki aydan az vaxt qalmış ümummilli etirazlara dəstək verdiyi üçün iranlı kino və televiziya aktrisası Şöhrə Qəmərə qarşı məhkəmə işi açılıb.

İranlı sənətçilərin ümummilli etirazları dəstəklədiklərinə görə təzyiq və sıxışdırılmasından sonra Ədliyyəyə bağlı Mizan Xəbər Agentliyi elan edib ki, iranlı aktrisa Şöhrə Qəmərə qarşı “təhqiredici məzmun dərc etmək və əsassız iddialar və məzmun vermək” ittihamı ilə məhkəmə işi açılıb.

Bu xəbər agentliyinin iddiasına görə, Xanım Qəmər "təhqiredici məzmun dərc edərək, əsassız iddia və məzmunlar irəli sürməklə" "cəmiyyətdə psixoloji etibarsızlıq hissini yayıb". Bu xəbərə görə, bu aktyorun ittihamları Tehran Prokurorluğunda araşdırılacaq.

Şöhrə Qəmər bir neçə İnstagram hekayəsində keçən ilki ümummilli etirazları dəstəkləmişdi. O, Məhsa Əminin öldürülməsi ilə bağlı xəbərləri işıqlandıran iki həbsdə olan jurnalist Nilufər Hamedi və İlahə Məhəmmədi-ni də tərifləyib.

Şöhrə Qəmərin məhkəməyə verilməsi xəbəri elə vaxt dərc olunur ki, son həftələrdə məcburi hicaba qarşı çıxan üç kino və televiziya aktyoru haqqında məhkəmə qərarı çıxarılıb.

Bundan öncə “İran Kino Aktyorları Assosiasiyasının sədri” “Pejman Baziği” üç aktyor üçün məhkəmə qərarı verilməsinə cavab olaraq bildirmişdi ki, bu sərəncamlar kinoteatrın üzvlərinin vətəndaşlıq hüquqlarını əlindən alır.

Şərhlər

Xəbərlər

Hökumətin Germi selindən zərərçəkənlərə verdiyi dəstək vədləri yerinə yetirilməyib

İyul 26, 2023
1 dəqiqədə oxunur
Hökumətin Germi selindən zərərçəkənlərə verdiyi dəstək vədləri yerinə yetirilməyib