close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əkbər Azad sürgün cəzasını çəkmək üçün yenidən İlamın Dərəşəhr şəhərinə gedib

İyul 31, 2023
1 dəqiqədə oxunur
Əkbər Azad sürgün cəzasını çəkmək üçün yenidən İlamın Dərəşəhr şəhərinə gedib

Tanınmış yazıçı və Türk mədəni fəal Əkbər Azad 2 illik sürgün cəzasını çəkmək üçün 29 iyul 2023-də yenidən İlamın Dərəşəhr şəhərinə gedib.

İyunun 11-də Əkbər Azad sürgün cəzasını çəkmək üçün İlam əyalətinin Dərəşəhər şəhərinə getmişdi ki, oğlunun MS xəstəliyi durumunun pisləşməsindən sonra o, Dərəşəhri tərk edərək Tehrandakı evinə qayıtmışdı.

Bu 67 yaşlı mədəni fəal ağır şəkər xəstəliyindən əziyyət çəkir və oğlunun da kəskin MS xəstəliyindən əziyyət çəkdiyi və xəstə arabası ilə hərəkət etdiyi və atasının daimi muğad olmasına ehtiyacı olduğu bir vaxtda Dərəşəhrə sürgün edilib.

2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Əkbər Azad, Əliriza Fərşi və Həmid Mənafi və Behnam Şeyxini, 2013 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etdi.

Bu dörd mədəni fəa ötən illərdə həbs cəzalarını çəkiblər və hazırda İranın müxtəlif şəhərlərinə sürgün ediliblər. Lakin ötən həftə Əliriza Fərşi İnstaqram səhifəsində bir yazı paylaşaraq ona qarşı çıxarılan hökmü “qəddar və qeyri-insani” hesab etdiyini və sürgün hökmünə əməl etməyəcəyini yazıb.

Şərhlər

Xəbərlər

Moləvi Əbdülhəmid Hüseynin qiyamının səbəbini “zalım və bacarıqsız” hökmdarlara qarşı idi

İyul 28, 2023
1 dəqiqədə oxunur
Moləvi Əbdülhəmid Hüseynin qiyamının səbəbini “zalım və bacarıqsız” hökmdarlara qarşı idi