close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Əkbər Azad İlam əyalətinin Dərəşəhr şəhərinin kəşfiyyatı tərəfindən həbs edilərək bir neçə saat dindirilib

Avqust 1, 2023
1 dəqiqədə oxunur
Əkbər Azad İlam əyalətinin Dərəşəhr şəhərinin kəşfiyyatı tərəfindən həbs edilərək bir neçə saat dindirilib

2 illik cəzasını çəkmək üçün İlam əyalətinin Dərəhşəhr şəhərinə gedən tanınmış yazıçı və mədəni fəal Əkbər Azad bu şəhərin Kəşfiyyat İdarəsində saxlanılaraq bir neçə saat dindirilib.

Yaxınlarının verdiyi məlumata görə, bu Türk vətəndaş özünü təqdim etmək üçün dünən, 30 İyul 2023-cü ildə səhər saat 9-da Dərəşəhr Kəşfiyyat İdarəsinə gedib.

Qeyd edək ki, ədliyyə orqanlarının qərarına əsasən, cənab Əkbər Azad ayda bir dəfə, Dərəşəhr kəşfiyyat idarəsinə gedərək imza verməlidir. Təəssüflər olsun ki, təhlükəsizlik işçiləri bu fürsətdən istifadə edərək, onu sıxışdırmaqla yanaşı, qanunsuz olaraq dindirməyə cəhd ediblər.

Əkbər Azad 2 illik sürgün cəzasını çəkmək üçün 29 iyul 2023-də yenidən İlamın Dərəşəhr şəhərinə gedib.

İyunun 11-də Əkbər Azad sürgün cəzasını çəkmək üçün İlam əyalətinin Dərəşəhər şəhərinə getmişdi ki, oğlunun MS xəstəliyi durumunun pisləşməsindən sonra o, Dərəşəhri tərk edərək Tehrandakı evinə qayıtmışdı.

Bu 67 yaşlı mədəni fəal ağır şəkər xəstəliyindən əziyyət çəkir və oğlunun da kəskin MS xəstəliyindən əziyyət çəkdiyi və xəstə arabası ilə hərəkət etdiyi və atasının daimi muğad olmasına ehtiyacı olduğu bir vaxtda Dərəşəhrə sürgün edilib.

2020-ci ilin Yanvar ayında, Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Əkbər Azad, Əliriza Fərşi və Həmid Mənafi və Behnam Şeyxini, 2013 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etdi.

Şərhlər

Xəbərlər

Üç qadın jurnalistin cəzası onlara çatdırılıb

İyul 31, 2023
1 dəqiqədə oxunur
Üç qadın jurnalistin cəzası onlara çatdırılıb