close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Xorasan qəzetinin iddiası: İran əsilli amerikalı qadının "casusluq" ittihamı ilə həbs edilib

Avqust 7, 2023
1 dəqiqədə oxunur
Xorasan qəzetinin iddiası: İran əsilli amerikalı qadının "casusluq" ittihamı ilə həbs edilib

Bazar ertəsi, avqustun 7-ə “Xorasan” qəzeti son həftələrdə İran əsilli amerikalı qadının həbs olunduğunu elan edib və onun ittihamını “casusluq” adlandırıb.

Bu qəzet öz hesabatında bu qadının adını çəkmədən Əfqanıstanda qeyri-hökumət təşkilatlarında iştirak tarixinin olduğunu və ABŞ-ın İranla əsir mübadiləsini o azad olunana qədər dayandırdığını yazıb.

Xorasan izah edib ki, amerikalılar İranın Güney Koreyada bloklanmış pullarının sərbəst buraxılması müqabilində əsir mübadiləsi razılaşmasını həyata keçirmək üçün 4 nəfərin azad edilməsini tələb ediblər və bu ikili vətəndaşın həbsindən sonra razılaşmanın icrasını “dayandırıb” və bu qadının azadlığa buraxılması nəzərdə tutulan məhbusların siyahısına əlavə olunmasını tələb ediblər.

“Xorasan” qəzetinin məlumatına görə, həbs edilən bu qadın ABŞ-ın İrandakı 5-ci məhbusudur.

İran əsilli üç Amerika vətəndaşı Siyamək Nəmazi, Murad Tahbaz və Emad Şərqi İranda həbsdədir. Şahab Dalili ABŞ-da daimi iqaməti var və Xorasana görə 2015-ci ildən İranda həbsdə olan digər vətəndaşdır.

Bundan öncə İslam Respublikası oğlunun həbsini izləmək üçün İrana gələn Siyamək Namazinin 80 yaşlı atasını həbs edib və birtərəfli qaydada azad edib.

Amerika Birləşmiş Ştatları və İslam Respublikasının rəsmi orqanları Xorasanın saxladığını iddia etdiyi iranlı amerikalı qadınla bağlı hələ ki, açıqlama verməyib.

Şərhlər

Xəbərlər

Bir qrup təqaüdçüsü və ətraf mühit fəalı Təbrizin Eynalı dağında Urmiyə gölünün canlandırılmasını tələb ediblər

Avqust 7, 2023
1 dəqiqədə oxunur
Bir qrup təqaüdçüsü və ətraf mühit fəalı Təbrizin Eynalı dağında Urmiyə gölünün canlandırılmasını tələb ediblər