Üskü şəhərinin prokuroru Hüseyn Vətənxah Səhənd şəhər şurasının daha bir üzvünün korrupsiya ittihamı ilə həbs olunduğunu elan edib.
Hüseyn Vətənxah Səhənd Şəhər Şurası üzvlərindən 5 nəfərinin həbs edildiyini bildirdi.
Buna əsaslanaraq, Səhənd Şəhər Şurasının cəmi 2 üzvü həbs olunmayıb və bu məsələ bu şuranın fəaliyyətini davam etdirmək üçün ciddi maneələrlə üzləşməsinə səbəb olub.
Son günlər bir qrup vətəndaş üskü qubernatorundan həbslərin çoxluğuna görə Səhənd şəhər şurasının dağılmasını tələb edib.
Son illərdə İranda Şura üzvləri daxil olmaq üzərə bir çox məsul korrupsiya və vəzifə səlahiyətlərindən su-istifadə səbəbi ilə həbs edilib ve vəzifədən kənarlaşdırılıb.
Yeni Səhənd şəhəri Təbrizdən 20 kilometr güney-batı tərəfi uzaqlıqda və Tufarqana gedən yolda yerləşir.
Şərhlər