İranwire-in əldə etdiyi bilgilərə görə Türk rəqs təlimatçısı Peyman İbrahimi müvəqqəti saxlanma müddətinin ikinci ayına girib.
Bu Azərbaycanlı fəalın həbsindən bir ay keçməsinə baxmayaraq, onun vəziyyətindən xəbər yoxdur və bu, ailəsinin və yaxınlarının narahatlığını artırıb.
25 Oktyabr, bazar ertəsi, cənab İbrahiminin ailəsi, Təbrizdə həbsdə olan başqa fəalların ailələri ilə birlikdə, həbs olunanların vəziyyətini izləmək üçün Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə getdilər və Musəvi adlı işin hakimi həbs qərarının oktyabrın 13-dək uzadıldığını açıqlayıb.
Peymanın anası xanım Pakizə Qulami bir videoda məhkəmə orqanlarının və işin hakiminin cavabsızlığına işarə edərək, övladının sağlıq vəziyyəti ilə bağlı məhkəmə orqanı və İslam Respublikası rəsmilərinə müraciət edərək bu rəsmilərin oğulunun durumundan birbaşa cavabdeh olduğunu bildirib.
Bundan öncə cənab İbrahiminin həbsinin dördüncü həftəsində onun bacısı Həcər İbrahimi bildirmişdi ki, “Qardaşının təhlükəsizlik qüvvələri tərəfindən həbsindən sonra onun ailə üzvləri ilə telefon əlaqəsi və ya görüşü mümkün olmayıb və yalnız həbsinin ikinci günündə 10 saniyəlik zənglə qardaşının Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb”.
Peyman İbrahimi 26 avqustda təhlükəsizlik işçiləri tərəfindən həbs edilmiş və 9 gün saxlandıqdan sonra Təbriz Mərkəzi Həbsxanasına karantinə aparılmışdır. Ancaq bir daha Təbriz Kəşfiyyat İdarəsinə aparıldığı təxmin edilir. İndiyə qədər işin müstəntiqi qirov qarşılığında azadlığa burazmanı qəbul etməkdən imtina edib.
Hələlik cənab İbrahiminin həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.
Şərhlər