Yeni tədris ilinin başlanmasından iyirmi gündən çox vaxt keçir, ölkə üzrə hələ də 23 min sinif müəllimsizdir.
Parlamentin təhsil komissiyasının üzvü daha öncə Hammihan qəzetinə bildirib ki, 3 minə qədər məktəb müəllim çatışmazlığı ilə üzləşib.
Tehranda məktəblər müəllim çatışmazlığından əziyyət çəksə də, məhrum şəhərlərdə vəziyyət daha pisdir.
Çabaharın parlamentdəki nümayəndəsi “Moinəddin Səidi” “Faraz”a Sistan və Bəluçistan əyalətində müəllim çatışmazlığından danışıb: “Bizim Sistan və Bəluçistan əyalətində 15 min müəllim çatışmazlığı var.
Bununla bağlı Rəzəvi Xorasan Təhsil İdarəsinin Tədqiqat və Planlaşdırma üzrə müavini də bu əyalətin 600-700 min müəllimə ehtiyacı olduğunu təsdiqləyib.
İran müəllim çatışmazlığı problemi ilə mübarizə apararkən, Etemad qəzeti İran Statistika Mərkəzinə istinadən yazıb: “2022-2023-cü tədris ilində 15-17 yaş arası 556 mindən çox uşaq məktəbdən kənarda qalıb ki, onlardan 295 mindən çoxu oğlan, 261 mindən çoxu isə qızdır”.
Bu hesabata görə, uşaqlar müxtəlif səbəblərdən məktəbi tərk edirlər ki, bunun da əsas səbəbi yoxsulluq və məhrumiyyətlərdir. Bu uşaqlar siniflərini küçə ilə, bazarla dəyişir, uşaq kimi işləyirlər.
İran Statistika Mərkəzinin hesabatının davamında öyrəncilərin məktəbi tərk etməsinin başqa səbəbləri, o cümlədən “qeyri-kommersiya məktəblərindəki artım” və Korona pandemiyasının yaratdığı məhrumiyyətlər qeyd olunur.
Şərhlər