close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Cəfər İbrahimi tibbi məzuniyyətə göndərilib

Noyabr 1, 2023
1 dəqiqədə oxunur
Cəfər İbrahimi tibbi məzuniyyətə göndərilib

Azərbaycanlı müəllim, Tehran Müəllimlər İttifaqının üzvü, ana dilində təhsil hüququnun müdafiəçisi Cəfər İbrahimi fiziki vəziyyətinin pisləşməsi və görmə qabiliyyətinin azalması sonrası tibbi məzuniyyətə göndərilib.

Kərəcdəki Qızılhisar zindanında məhbus olan bu azərbaycanlı müəllim tibbi müayinə və müalicə üçün dünən 31 oktyabr 202-cü il çərşənbə axşamı məzuniyyətə göndərilib.

Cənab İbrahimi sentyabr ayının 3-də bazar günündən etibarən Qızılhisar həbsxanasına zorla köçürülən 13 siyasi məhbusdan biri idi ki bu köçürülməyə və həbsxananın pis şəraitinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

14 Sentyabrda, İranwire-in əldə etdiyi məlumatlar göstərir ki, bu həmkarlar ittifaqı fəalı həbsxanada döyüldükdən sonra naməlum yerə köçürülüb və ondan heç kim xəbər tutmayıb. Eyni zamanda Qızılhisar həbsxanasından onun xəstəxanaya aparıldığı barədə ailəsinə məlumat verilib.

Cənab İbrahiminin vəkili “İrfan Karamveisi” də X kanalındakı hesabında yazıb: “Cəfər İbrahimi zəng zamanı dedi ki, vəziyyəti pisləşdiyi üçün dünən gecə huşunu itirib və Kərəcin Rəcayi xəstəxanasına göndərilməsinə görə məktuba baxmayaraq, o, yalnız Qızılhisar tibb mərkəzinə köçürülüb. Bundan əlavə, döyülmənin nəticələrini araşdırmaq üçün məhkəmə-tibb həkiminə göndərilənə qədər dərman almaqdan imtina edəcəyini açıqlayıb.

Ayrıca, İranwire-ə həbsxana daxilindən gələn məlumata görə, bu həmkarlar ittifaqı fəalı iki gün öncə zabit müavini Əkbər Şahmoradi və onun müavini Səccad Lorvənd və bir neçə başqa həbsxana işçisi tərəfindən və fiziki vəziyyətinin pisləşməsinə və tibbi təsdiqinə baxmayaraq, şiddətli şəkildə döyülüb.

İranwire-in Çərşənbə günü sentyabrın 13-də əldə etdiyi məlumata görə, Cəfər İbrahimi gözətçinin otağında həyat yoldaşı ilə telefonla danışmaq istəyən zaman bir neçə həbsxana işçisi ona hücum edərək onu şiddətli şəkildə döyüblər. Zabitlərin bu hücumu nəticəsində cənab İbrahimi əlindən, üzündən və çiynindən ağır yaralanıb.

Şərhlər

Qadınlar

İranlı aktrisalara qarşı təzyiqlərin davam etməsi; Hingamə Qaziyani prokurorluğa çağırılıb

Noyabr 1, 2023
1 dəqiqədə oxunur
İranlı aktrisalara qarşı təzyiqlərin davam etməsi; Hingamə Qaziyani prokurorluğa çağırılıb