Qəzzada müharibənin genişlənməsi ilə bağlı narahatlıqların olduğu bir vaxtda İsrail Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, iranlı hərbçilərin də daxil olduğu “İmam Hüseyn” briqadası, İsraillə Həmas arasında müharibə başlayandan bəri onlar İsraillə döyüşmək üçün İraq və Suriya vasitəsilə Livanın güneyinə köçürülüblər.
Cümə axşamı, noyabrın 2-də İsrail Müdafiə Nazirliyinin sözçüsü Afiqhai Adrei X kanalında "İmam Hüseyn" briqadasının iranlı komandirinin rəsmi ilə birlikdə mesaj yayımladı və iddia etdi ki, İsrail ordusunun əldə etdiyi məlumata görə, “İmam Hüseyn” briqadası son həftələr Livanın cənubunda əməliyyatlara başlayıb.
İsrail Müdafiə Nazirliyinin bu rəsmisinin sözlərinə görə, “Zülfiqar” adlı iranlının komandanlığı ilə İmam Hüseyn briqadası son həftələrdə Hizbullah qruplaşmasının İsrailə qarşı keçirdiyi əməliyyatlarda bir neçə uğursuzluqdan sonra Livanın güneyinə göndərilib.
#عاجل 🔴 بعد سلسلة الإخفاقات التي مني بها حزب الله في تحقيق إنجاز ضد إسرائيل في الأسابيع الأخيرة، وصلت الى جنوب لبنان ميليشيا "لواء الإمام الحسين" الإيرانية بقيادة المدعو ذي الفقار، والتي أسست في الأصل في سوريا لتقديم المساعدة للمحور الايراني في السنوات الأخيرة وذلك لتقديم… pic.twitter.com/lQmYTbYSQF
— افيخاي ادرعي (@AvichayAdraee) November 2, 2023
İsrail Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bu silahlı qruplaşma Suriyada İslam Respublikası tərəfindən təşkil edilib və məqsədi İranın İraqdakı vəkil qruplarına və Livanın Hizbullah qruplaşmasına yardım etməkdir.
İsrail Müdafiə Nazirliyinin sözçüsü daha sonra bildirib ki, bu qrup son həftələrdə İsrail torpaqlarına hücumlar həyata keçirib və Livan sərhədlərində İsrail ordusu ilə İmam Hüseyn briqadası arasında da toqquşmalar baş verib: “Hizbullah və İmam Hüseyn briqadası Livana çoxlu xərclər qoyur. İsrail ordusu ölkənin quzey cəbhəsində milli suverenliyi təhdid edən hər kəsə sərt cavab verməyə hazırdır.
Bir neçə fərqli millətdən olan vətəndaşlardan ibarət və İslam Respublikasının dəstəyi ilə “İmam Hüseyn Briqadası” 2015-ci ildə Suriyada İK-nin “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymani tərəfindən yaradılıb və “Suriya Hizbullahı” kimi də tanınır".
İranın müvəkkillərinin bölgədə yerləşən Amerika qüvvələrinə hücumu ilə eyni vaxtda Yəməndəki husi üsyançıları İsrailə müharibə elan edərək İsrailə yüzlərlə raket və pilotsuz təyyarələr atdıqlarını bildiriblər.
İslam Respublikasının lideri əvvəllər İslam Respublikasının Həmas-ın İsrailə hücumunda əli olduğunu təkzib etsə də, Amerika və İsrailə xəbərdarlıq etmişdi ki, əgər İsrailin Qəzzaya hücumları davam edərsə, müqavimət qrupları səbirsizləşir və heç kim onlara nəzarət edə bilmir.
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian çərşənbə günü iddia edib ki, sözügedən hücumlar bölgədəki milis qruplarının qərarıdır və İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur.
Son həftələrdə İran İslam Respublikasının dəstəklədiyi milislərin Suriya və İraqda Amerika qüvvələrinə qarşı hücumlarının artması ilə ABŞ prezidenti Joe Biden birbaşa olaraq İran hakimiyyətinə hücumların davamı ilə bağlı xəbərdarlıq etdiyini açıqlayıb.
Şərhlər