Doğu Azərbaycanın Həris şəhərinin Saray kəndinin sakinləri bu kəndin otlaqlarında günəş elektrik stansiyasının tikintisinə etiraz olaraq kəfən geyib və toplaşıblar.
5 noyabr 2023-də bazar günü bu kəndin sakinləri kəfən geyərək günəş elektrik stansiyasının tikintisi üçün kənd təsərrüfatı torpaqlarının hökumət tərəfindən zəbt edilməsinə etiraz etdilər.
Etiraz aksiyasının yayımlanan videosunda kənd sakinlərindən biri deyir: "Biz kənd sakinləri bura toplaşmışıq ki burada yaşadığımızı bildirək. Otlaqlarımızı, torpaqlarımızı qəsb etməklə onlara elektrik stansiyası tikməyə imkan verməyəcəyik. Otlaqlarımızda elektrik stansiyası tikmək planı ədalətdən uzaqdır. Biz ədalət istəyirik və kəfən geyərək torpağımızı qorumaq istəyirik."
Bu etiraz aksiyasından yayılan videolarda yeni yetmələrin də varlığı görünür.
Şərhlər