close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Şahrudda 300 nəfər “qarışıq məclisdə” iştirak etdiyi üçün həbs edilib

Noyabr 15, 2023
1 dəqiqədə oxunur
Şahrudda 300 nəfər “qarışıq məclisdə” iştirak etdiyi üçün həbs edilib

Simnan əyalətinin polis müavini Şahrud şəhərində 300 ərkək və qadının həbs edildiyini açıqlayıb və onların suçunu "qarışıq gecə şənliyində" iştirak etmək kimi elan edib.

Sərhəng Əli Mirəhmədi çərşənbə axşamı, 14 noyabr 2023-cü ildə İran mediasına deyib: Şahrudun kəşfiyyat və ictimai təhlükəsizlik zabitləri “kəşfiyyat məmurları gizli devriyyə zamanı” şəhərin kənarında yerləşən salonda “qarışıq gecə şənliyi” görüblər.

O, əlavə edib ki, polis salona daxil olaraq bu gecə şənliyində “norm pozan” 300 ərkək və qadını həbs edib.

Mirəhmədi onu da bildirib ki, bu partiyanın keçirildiyi salon da “birlik pozuntusu” səbəbindən möhürlənib.

İranda tez-tez ailə, dost və tanış olan ərkək və qadınların iştirakı ilə özəl məclislərin keçirilməsi adi haldır. Lakin dini və hüquq-mühafizə orqanları bunu suç hesab edir və bu məclislərdə olan şəxsləri xəbər alan kimi həbs edirlər.

Bu hadisələrlə bağlı son hadisələrdən birində, bu il sentyabrın 25-də bazar ertəsi günü Təfreş ətrafındakı kəndlərdən birində “qarışıq gecə şənliyi”ndə iştirak etdiklərinə görə 10 qadın və ərkək həbs edilib və bu gecənin keçirildiyi yer də möhürlənmişdir.

Şərhlər

Xəbərlər

Jurnalist və tərcüməçi Mənijə Müəzzin Evin həbsxanasının qadın şöbəsinə köçürülüb

Noyabr 14, 2023
ایران‌وایر
1 dəqiqədə oxunur
Jurnalist və tərcüməçi Mənijə Müəzzin Evin həbsxanasının qadın şöbəsinə köçürülüb