close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

İranın müxtəlif şəhərlərində 2019-cu ilin qanlı noyabrında ölənlərin anım mərasiminin keçirilməsi

Noyabr 17, 2023
1 dəqiqədə oxunur
İranın müxtəlif şəhərlərində 2019-cu ilin qanlı noyabrında ölənlərin anım mərasiminin keçirilməsi

2019u-cu ilin qanlı noyabrında ölənlərin bir sıra ailələri hökumət tərəfindən bu qurbanların qətlinin dördüncü ildönümünü qeyd etmək üçün çağırışlar yayıblar.

2019-cu ilin noyabrında İranda keçirilən etiraz aksiyaları yanacağın qəfil və kəskin artımına cavab olaraq başladı, lakin çox keçmədən hökumət əleyhinə xarakter aldı.

İslam Respublikasına qarşı bu etiraz aksiyaları noyabrın 15-də bəzi bölgələrdə başlayıb və bir həftə ərzində 29 əyalət və yüzlərlə şəhərə yayılıb.

Etirazların yatırılmasının şiddəti bu hadisələrin “2019 Qanlı Noyabr” kimi tanınmasına səbəb olub.

Bu etirazlar zamanı 1500 nəfər hökumət agentləri tərəfindən öldürülüb.

Hüseyn Kərimi Ələvicə, Riza Müəzzəmi Gudərzi, Möhsün Cəfərpənah, Cavad Babayizadə və Möhsün Kərəminiya kimi öldürülənlərdən bir neçəsinin ailələri noyabrın 16-da cümə axşamı günü günortadan sonra dördüncü ildönümünü qeyd etmək üçün çağırış edib.

Bu qırğından dörd il keçsə də, İranda vətəndaşlar bu qanlı repressiya və onun qurbanlarının xatirəsini hələ də yaşadır və bu il İslam Respublikasının öldürdüyü qurbanlarının məzarlarından şəkillər dərc edirlər.

Etiraz edən bir çox insan “Noyabr davam edir” ifadəsini dadxahlıq üçün ən məşhur etiraz şüarlarından birinə çevirib.

Şərhlər

Xəbərlər

6 ildir Azərbaycanlı uşaq Huntaya kimlik vəsiqəsi verilmir

Noyabr 17, 2023
1 dəqiqədə oxunur
6 ildir Azərbaycanlı uşaq Huntaya kimlik vəsiqəsi verilmir