close button
İranwire-in yüngül versiyasına keçmək istəyirsiniz?
Deyəsən bu səhifədəki məzmunu yükləməkdə çətinlik çəkirsiniz. Bunu düzəltmək üçün İranwire-in yüngül versiyasına keçin.
Xəbərlər

Ərdəbil Qeydiyyat İdarəsi "Dolunay" adına kimlik verməyə məcbur oldu

Dekabr 15, 2023
1 dəqiqədə oxunur
Ərdəbil Qeydiyyat İdarəsi "Dolunay" adına kimlik verməyə məcbur oldu

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi 13 dekabr 2023-də məhkəmə prosesindən sonra Türk adlı Ərdəbilli Dolunay körpəyə kimlik verməyə məcbur olub.

Şair, Azərbaycanlı mədəni fəal və “Dolunay”ın atası Səid Sadiqifər qızına kimlik vəsiqəsi verilməsi ilə bağlı şəxsi İnstaqram səhifəsində məlumat verib. O, Xəlil Riza Ulutürkün "əslində ən böyük həyat azadlıq uğrunda mübarizə aparmaqdır" şeirini paylaşaraq, qızına Türk adına kimlik ala bildiyi üçün mutlu olduğunu bildirib.

28 Noyabr Ərdəbildə Əyalət Qeydiyyatı İdarəsinin əməkdaşları Dolunay adına kimlik vəsiqəsi vermədiklərini bildirmişdilər.

Azərbaycanın əksər şəhərlərində övladlarına Türkcə ad seçmək niyyətində olan valideynləri təqib etmələrinə baxmayaraq, ölkənin Qeydiyyat İdarəsi adın əcnəbi olması və ya seçilmiş adlar siyahısında olmaması kimi səbəblərlə bu uşaqlara kimlik vəsiqəsi vermir.

Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən, "Türk Ay", "Yağış", "Atakan", "Oğuz", "Alp Arslan", "Ana", "Volkan", "Tarkan" və. .. uşaqlarına seçdikləri ad üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Konstitusiyanın 34-cü maddəsinə və Qeydiyyat İdarəsinin mövcud qanunlarına əsasən, bu cür məhdudiyyətlər və qadağalar qarşısında valideynlərin iddia qaldırmaq hüququ ümumi ədalət məhkəmələrində qorunur.

Şərhlər

Xəbərlər

Dörd dünya kino institutu İran kinorejissorlarına qoyulan məhdudiyyətləri ləğv etməyi tələb edib

Dekabr 14, 2023
1 dəqiqədə oxunur
Dörd dünya kino institutu İran kinorejissorlarına qoyulan məhdudiyyətləri ləğv etməyi tələb edib